Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-793/2022 05.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçilər Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-269 KOD 61007018 olan Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 05 saylı qərarına əsasən ona Bərdə rayonu, Zümürxan kəndində 0.21 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-269 KOD-610078018 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi onun istifadəsindədir.Ona verilmiş torpağa mülkiyyət şəhadətnaməsində onun soyadı səhv olaraq qeyd edilmişdir. Belə ki, onun soyadı Ərizəçi olduğu halda soyadı Hümbətova Sərfinaz Həbib qızı kimi yazılmışdır. JN-269 KOD-610078018 saylı torpağa mülkiyyət şəhadətnaməsində soyadının düzgün yazılmaması və səhvin düzəldilməsi üçün Azərbaycan Respuublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. JN-269 KOD 61007018 olan Dövlət Aktında olan yanlışlığın düzgün qeyd edilməsini istəyir, çünki bu ona bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, ərizəçinin qohumudur. Ona kənd ərazisində torpaq sahəsi verilmişdir, torpağın sənədində adı səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərizəçi ilə qonşudur. Ərizəçi torpaq sahəsi verilməsi barədə şəhadətnamədə səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-269 KOD 61007018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 04 may tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu Zümürxan kənd sakini Hümbətova Sərfinaz Həbib qızının mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 523 saylı, 15 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X3 eyni adamlardır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi XX.XX.1935-ci ildə Bərdə rayonu, Zümürxaç kəndində doğulmuş, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17974247 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 12 noyabr 1992-ci ildə doğulmuşdur, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE17470937 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 11 sentyabr 1992-ci ildə Bərdə rayonu, Zümürxaç kəndində doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 523 nömrəli, 15 dekabr 2021-ci il tarixli arayışdan məlum olur ki, Ərizəçi Bərdə rayonu, Zümürxan kəndində yaşayır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********67 nömrəli 21 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-269 KOD 61007018 dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-269 KOD 61007018 şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X2 adına verilmiş JN-269 KOD 61007018 torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 adına verilmiş JN-269, KOD 61007018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-793/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-793/2022
05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver