Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-795/2024 14.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və 3-cü şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair mülki işə Bərdə şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və 3-cü şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh qanuni qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. 3-cü şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisi məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı hazırkı tələblə müvafiq notarial orqana müraciət etməli, mübahisənin məhkəməyə qədər həlli mümkün olmadıqda və ya notarius notariat hərəkətini aparmaqdan imtina etdiyi təqdirdə, həmin orqanın imtina etməsi barədə sənəd məhkəməyə təqdim etməklə iddianı davam etdirə bilər. Belə ki, məhkəmə tərəfindən iddiaçıya hüquqları izah edilsə də, notariat orqanına müraciət etməmiş, fikrini isə belə əsaslandırmışdır ki, notarius şifahi olaraq imtina edir. Həmçinin iddiaçı fikrini onunla əsaslandırır ki, notariata müraciət edilmiş və onlara vərəsəliyin dairəsində kimlərin iştirak edə bilmələri göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin hal vərəsəliyin dairəsi ilə bağlı olan haldır, həmin sənəd imtina kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında qeyd olunur ki: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1- 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-nin 259.0.1-ci maddəsinə əsasən müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və 3-cü şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlak üzərində payların müəyyən edilməsi vənaturada bölünməsi tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 263- 264, 267-269-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh və 3-cü şəxs Bərdə regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı miras əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-795/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-795/2024
14.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver