Məhkəmə qərarları › İş №2(021)-801/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-801/2022

20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-801/2022 20.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi iştirakları ilə, Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarış sənədində torpağın dövlət qeydiyyatı barədə Bərdə rayon X11 qərarı ilə Bərdə rayon XDS tərəfindən verilmiş ********* dövlət qeydiyyatı haqqında 01.03.1989-cu il tarixli sənədində göstərilən Abdullayev Şəmsəddin Aşır oğlu əvəzinə Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon X11 qərarı ilə 01.03.1989-cu ildə verilmiş ********* dövlət qeydiyyat nömrəli çıxarış Bərdə rayon XDS tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında sənədində onun soyadı yanlışlıq olaraq Ərizəçi əvəzinə Abdullayev Şəmsəddin Aşır oğlu kimi qeyd edilmişdir. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşmə verərək, 01.03.1989-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda X8 əvəzinə Ərizəçi kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı ildə Laçın rayon Baldırqanlı kəndində anadan olmuşdur. Bərdə rayon Təbriz küçəsi ev 22 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİİ № 668279 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuşdur. X10, anası X2r. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ № 271974 saylı Nikahin bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X19 arasında nikah 13.01.1983-cü il tarixdə Bərdə rayon VVAQ Şöbəsində 15 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Abdulov, avada Abdulova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İX-ЖГ № 379364 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 28.07.1983-cü ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X13r. İş materiallarına əlavə edilmiş XV-ЖГ № 432173 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30.10.1990-cı ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X13r. İş materiallarına əlavə edilmiş XİV-ЖГ № 422158 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Aşurov Adil Şəmsəddin oğlu 06.07.1989-cu ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X13r. İş materiallarına əlavə edilmiş AZ-İİİ № 511968 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Aşurov Şamil Şəmsəddin oğlu 06.09.1997-ci ildə anadan olmuşdur. Atası Ərizəçi, anası X13r. İş materiallarına əlavə edilmiş AZ-İ № 024015 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 10.12.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 185 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışdan görünür ki, Bərdə şəhəri Xudu Məmmədov küçəsi ev 15 ünvanında yerləşən 0.0522 ha torpaq sahəsi X3 adına tam mülkiyyət hüququ rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 679821 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə şəhəri Xudu Məmmədov küçəsi ev 15 ünvanında olan 0.0522 ha torpaq sahəsinin hüquq sahibi X4r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 154385 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon X9 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X22 fərdi yaşayış evi tikdirmək üçün Bərdə şəhərində 522.51 kv.m torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş X16 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Çingiz Əsədov qeyd etmişdir ki, Bərdə şəhəri Xudu Məmmədov küçəsi ev 15 ünvanında yerləşən 522.51 kv.m həyətyanı torpaq sahəsinin A № 154385 nömərli 08.06.2010-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarına əsasən texniki səhv olaraq onun adına işlənmişdir. Əslində həmin torpaq sahəsi Bərdə rayon XDS İcraiyyə Komitəsinin 27.02.1989-cu il tarixli 04 saylı qərarı ilə X5 verilmiş və 01.03.1989-cu il təhkim aktı ilə X3 adına təhkim olunmuşdur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********69 nömrəli 2401.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi ********** qeydiyyat nömrəli Çıxarışda səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 185 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışda yanlışlıq olaraq Ərizəçi soyadı - X1 qeyd edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 185 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışda hüquq sahibinin X14 olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışında X3 yazısının X7 oğluna məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 185 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli 10.01.2022-ci il tarixli çıxarışda qeyd olunmuş mülkiyyətçi -“X8” yazısının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyəə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar