Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-809/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “Şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 23 yanvar 1969-cu il təvəllüdlü qardaşı X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə göndərərək ərizəsində uyğunsuzluq olduğundan məhkəmə hazırlıq iclasından sənədlərin əslinin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, Ərizəçi ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla “Şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi” tələbinə dair ərizəsi Ərizəçi qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-809/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-809/2024
20.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver