Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-81/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayad oğlunun katibliyi ilə, İddiaçı “X1” Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasındakı tikilinin və qaz kəmərinin üzərindəki piltələrin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azəriqaz İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ona məxsus obyektdə yerləşən Bərdə şəhəri, İ.Qayıbov küçəsi ərazisindən keçən “Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 159 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasındakı tikilinin və (obyektin qarşısından keçən) qaz kəmərinin ətrafındakı piltə daşların sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və 100.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filalı, KOD 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SVİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ******************** saylı hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə iclası 30 yanvar 2024-cü il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ İddiaçı “X1” Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasındakı tikilinin və qaz kəmərinin üzərindəki piltələrin cavabdehin vəsaiti hesabına sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpası” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-81/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-81/2024
30.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver