Məhkəmə qərarları › İş №2(021)-82/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-82/2021

12.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-82/2021 12.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi Yusib qızının iştirakı ilə, Ərizəçi Yusib qızının “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Yusib qızı ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Yusib qızı ərizəsini onunla əsaslandırmışdır ki, qızı 06 avqust 1991-ci ildə Bərəd rayon Lənbəran kəndində anadan olmuş X5 psixi və fiziki cəhətdən sağlam deyil, o, uzun müddətdir ki, ruhi xəstədir və birinci qrup əlildir. X5 hərəkətlərini idarə edə bilmir, özünü idarə etmək iqtidarında deyil. O, qızı Aygün Hacıyevanı qəyyumluğa götürmək istəyir ki, buna görə də, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmə qaydasında müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Yusib qızı ərizəsi müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 15160690 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Yusib qızı 21.07.1967-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 310 saylı 15.05.2019-cu il tarixli Arayışdan görünür ki, Ərizəçi Yusib qızı Bərdə rayon Lənbəran kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AZE № ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 06.08.1991-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZ-İİ № 325209 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06.08.1991-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası Şəhər Poliklinikası tərəfindən verilmiş 693 saylı, 03.07.2019- cu il tarixli arayışdan görünür ki, X5 Bərdə şəhər Poliklinikasında Ruhi -əsəb kabinetində qeydiyyatdadır. Ona “oliqofreniya kəskin debillik dərəcəsində davranış pozuntuları ilə sol tərəfli hemiparez, nitqin ləngiməsi ” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsi tərəfindən tərəfindən verilmiş Arayışdan görünür ki, X5 birinci qrup əlilidir. Mülki işə əlavə edilmiş 024007 saylı vəsiqədən görünür ki, X5 birinci qrup əlilidir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 212 saylı 20 aprel 2021-ci il tarixli rəyində qeyd olunur ki, X5 yüngül dərəcəli kəmağilliq (ifadə olunmuş debillik səviyyəsində), davraniş pozğunluqları ilə aşağı ətrafların parezi, qıcolma tutmaları XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X2 uşaqlıqdan psixoflziki inkşafdan geri qalması, DAİM valideyinlərinin himayəsi və nəzarəti altında yaşaması, uşaqlıqdan xəstəliyə görə müavinət alması, sonralar isə ona İ qrup müddətsiz əlillik təyin edilməsi, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, Bərdə MRX-nın poliklinikasında psixiatriya kabinetində qeydiyyatda durması (Bərdə şəhər poliklinikasından verilmiş 03.07.2019-cu il tarixli 693 saylı arayış, 18 saylı zona TSEK-dən verilmiş 24.11.2009-cu il tarixli 807905 saylı müayinə aktından çıxarış, DSMF-nin Bərdə rayon Polis Şöbəsindən verilmiş 024007 sayli vəsiqə, ambulator xəstənin tibbi kartası), hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, davranış, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar olunması, özünü bir qədər narahat və gərgin aparması, verilmiş sualları qısa və konkret cavablandırması, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretlik müşahidə edilməsi, oxumaq, yazmaq vərdişləri əldə etməməsi, maraq dairəsinin daralması, mülahizə və mühakimələrinin səthiliyi, abstrakt və məntiqi təfəkürünün zəif olması, atalar sözlərinin mənasını izah edə bilməməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, gələcək üçün real planlar söyləməməsi, intellektinin inkişafdan geri qalması, İQ=54%. və s.) və davranışının mümkün nəticələrini tam anlaya bilməməsi əsas verir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edərkən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 06 avqust 1991-ci il tarixdə anadan olmuş X5 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 06 avqust 1991-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi Yusib qızına aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 avqust 1991-ci il tarixdə anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Ödənilmiş dövlət rüsumu Ərizəçi Yusib qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar