Məhkəmə qərarları › İş №2(021)-820/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-820/2022

06.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-820/2022 06.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iştirakı ilə, Ərizəçi iştirakları ilə, Ərizəçi X3nın şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X3nın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun doğma övladıdır, onunla mərhum əri X9 arasında rəsmi nikahlarını qeyd etdirməklə bağladıqları birgə nikahlarından doğulmuşdur. X3 11 sentyabr 1984-cü ildə Bərdə rayonu, Qaradəmirçi kəndində anadan olmuşdur, hazırda da həmin kənddə onun himayəsində yaşayır. X7 anadan gəlmə ruhi xəstədir, ruhi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür. Öz hərəkətlərinə rəhbərlik edə bilmir, o, danışa bilmir, oxuyub, yazmağı bacarmır, müstəqil hərəkət edə bilmir, evin içərisinə və həyətə yalnız onun köməkliyi ilə girib çıxır. Hətta qida qəbul edə bilmir, ailə üzvüləri tərəfindən yedizdirilir. Təranə Həsənova ruhi xəstəliyinə görə ikinci qrup əlildir. Bərdə şəhər poliklinikasının ruhi əsəb kabinetində qeydiyyatdadır. Ona görə də hesab edir ki, X5 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 01yanvar 1957-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatdadır. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 11 sentyabr 1984-cü ildə doğulmuşdur. İş materiallarında olan Ambulator, Stasionar xəstənin 2010-cu il tarixli tibbi kartasından çıxarışın surətindən müəyyən olunur ki, X7 oliqofreniya, ağır debilli dərəcəsində, nəzərə açarpan psixopatabənzər davarnışlar diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan Ambulator, Stasionar xəstənin 2017-ci il tarixli tibbi kartasından çıxarışın surətindən müəyyən olunur ki, X7 ağır dərəcəli əqli gerilik, imbesillik dərəcəsində kəmağıllıq, davamlı ifadəli davranış pozuntusu diaqnozu ilə müalicə olunmuşdur. İş materiallarında olan AZ-İİ 201142 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 29 avqust 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs Başçısının Bərdə rayonu, Mehdili kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 933 nömrəli, 28 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Qaradəmirçi kəndində yaşayır. İş materiallarında olan İX-JQ 497891 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 11 sentyabr 1984-cü ildə doğulmuşdur, atası X9, anası Ərizəçidır. İş materiallarında olan Bərdə şəhər poliklinikası tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli, 29 nömrəli arayışından müəyyən olunur ki, X7 22 oktyabr 2007-ci ildən oliqofreniya, ağır debilli dərəcəsində, nəzərə açarpan psixopatabənzər davarnışlar diaqnozu ilə ruhi əsəb kabinetində dispanser qeydiyyatındadır. İş amteriallarında olan 109609 nömrəli arayışdan müəyyən olunur ki, X7 ikinci qrup ümumi əlildir. İş materiallarında olan H-JQ 401456 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə Ərizəçi 19 mart 1981-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-820/2022 saylı 02 mart 2022-ci il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş 2265 saylı 23 iyun 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, buna görə də X7 tam fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir, X7 onda müəyyən edilən imbesillik dərəcəsində kəmağıllıq ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X3nın fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar