Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-824/2022 21.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X21 katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X1 məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 ərizə ilə məhkəməyə müraciət edərək 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara Bərdə rayon Gərənə kəndində verilmiş 1.72 ha torpaq sahnəsinə verilmiş JN-220 KOD-61005078 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara və mərhum X28 məxsus olması faktının təstiq edilməsinə və qeyd olunmuş yanlışların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X5 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara Bərdə rayon Gərənə kəndində yerləşən 1,72 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-220 KOD-61005078 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə verilmişdir. Həmin torpaq sahəsi onların adınadır və həmin torpaq sahəsi onların istifadələrindədir. Hazırda onlara verilmiş torpağa mülkiyyət şəhadətnaməsində onların ata adları səhv olaraq qeyd edilmişdir. Belə ki, onun ata adı Ərizəçi1 olduğu halda ata adını səhvən Ərizəçi1 Namiq oğlu kimi, ata adı Səlimova (Alışzadə) Şövkət Natiq qızı olduğu halda ata adını səhvən X6, ata adı Rzayeva (Alışova) Anarə Natiq qızı olduğu halda ata adını səhvən X8, adı X38 olduğu halda adını səhvən X10 yazılmışdır. X38 25 fevral 2021-ci il tarixdə vəfat etmişdir. JN-220 KOD-61005078 saylı Torpağa mülkiyyət şəhadətnaməsində onun ata adının və adları qeyd edilmiş şəxslərin adında və ata adında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Hal-hazırda JN-220 KOD- 61005078 saylı Torpağa mülkiyyət şəhadətnaməsində olan yanlışın düzgün qeyd edilməsini istəyirlər, çünki bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçi X3 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də ərizəçi X5 və maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçi X2 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7, X11 və X12 ifadə verərək göstərmişlər ki, Torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ata adları səhvən Namiq kimi qeyd edilmişdir. Əslində isə qeyd olunan ərizəçilərin ata adları Natiq olmuşdur. X4 isə adı Namiq kimi yazılmışdır, əslində isə adı Natiq olmuşdur. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-220 №-li 61005078 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 nömrəli qərarına əsasən Bərdə rayonu Gərənə kənd sakinləri X24, X2, Ərizəçi1 Namiq oğlunun, X16 və X9 ümumi mülkiyyətinə 1,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan İV-ЖГ 282330 saylı 20 aprel 1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X38 ilə X5 20 aprel 1987-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan Xİİİ-ЖГ 318765 saylı 04 noyabr 1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxxx 1988-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X38, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan XV-ЖГ 273773 saylı 11 iyul 1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 xx xxx 1990-cı ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X38, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan XVİİİ-ЖГ 325052 saylı 26 aprel 1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx xxxx 1993-cü ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X38, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 152409 saylı 19 mart 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X38 25 fevral 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 832815 saylı 25 may 2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X29 ilə X25 25 may 2013-cü ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Səlimova soyadı verilmişdir. İş materiallarında olan AZ-T 125568 saylı 24 dekabr 2019-cu il tarixli, AZ-İİİ 512382 saylı 19 mart 2015-ci il tarixli və AZ-İV 027193 saylı 18 dekabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 26 aprel 2013-cü ildə anadan olmuş X13, 20 yanvar 2015-ci ildə anadan olmuş X17 və 18 noyabr 2017-ci ildə anadan olmuş X14 atası kimi X29, anası kimi isə Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 777485 saylı 22 avqust 2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 ilə X18 22 avqust 2012-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Alışova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 945055 saylı 22 avqust 2012-ci il tarixli, AZ-İİ 945237 saylı 07 sentyabr 2012-ci il tarixli və AZ-İİİ 196564 saylı 22 noyabr 2013-cü il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 05 sentyabr 2011-ci ildə anadan olmuş X26, 25 avqust 2012-ci ildə anadan olmuş X30 və 03 noyabr 2013-cü ildə anadan olmuş X31 atası kimi Ərizəçi1, anası kimi isə X32 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 621149 saylı 11 oktyabr 2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X35 ilə X34 11 oktyabr 2010-cu ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Rzayeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 945056 saylı 22 avqust 2012-ci il tarixli, AZ-İİİ 008633 saylı 05 dekabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, 12 oktyabr 2011-ci ildə anadan olmuş X19 və 14 noyabr 2012-ci ildə anadan olmuş X20 atası kimi X35, anası kimi isə Ərizəçi3 qeyd edilmişdir. İş materiallarında olan orta təhsil haqqında B 457232 nömrəli atestatın surətindən müəyyən olunur ki, X34 2007-ci ildə Bərdə rayonu H.Zeynalov adına Gərənə kənd orta məktəbini bitirmişdir. İş materiallarında olan orta təhsil haqqında B 706676 nömrəli atestatın surətindən müəyyən olunur ki, X25 2010-cu ildə Bərdə rayonu H.Zeynalov adına Gərənə kənd orta məktəbini bitirmişdir. İş materiallarında olan orta təhsil haqqında B 307545 nömrəli atestatın surətindən müəyyən olunur ki, Ərizəçi1 2006-cı ildə Bərdə rayonu H.Zeynalov adına Gərənə kənd orta məktəbini bitirmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015 saylı 17 dekabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarına əsasən verilmiş Torpağa mülkiyyət hüququna dair JN-220 KOD 61005078 saylı Dövlət aktında 1-ci sırada X39, 3-cü sırada Ərizəçi1 Namiq oğlu, 4-cü sırada X33, 5-ci sırada X6 yazılmışdır. Lakin onlara verilmiş ölüm haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqələrində X38, Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 kimi qeyd olunmuşdur. Adları yuxarıda göstərilən hər dörd şəxs aşağıdakılarla eyni şəxslərdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********18 nömrəli 06 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN-220 saylı dövlət aktında ata adlarının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-220, KOD 61005078 saylı Dövlət aktının X28, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X3 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X24, X2, Ərizəçi1 Namiq oğlunun, X16 və X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-220 KOD 61005078 saylı Dövlət aktının X28, X3, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X24, X2, Ərizəçi1 Namiq oğlunun, X16 və X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-220 KOD 61005078 saylı Dövlət aktının X28, X3, Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-824/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-824/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver