Məhkəmə qərarları › İş №2(021)-831/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-831/2022

12.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-831/2022 12.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı cərimə məbləğinin silinməsi tələbinə dаir mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı qanunsuz hesablanmış 162,00 manat məbləğində cərimə borcunun silinməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası 12 aprel 2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, iddiaçı Əliyev Rizvan Kamil oğlu məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini alsa da məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259 və 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARA ALDİ İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar