Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-834/2022 28.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X20 oğlunun, Ərizəçi X2 iştirakları ilə, Ərizəçi X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər X9 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN- 0082 KOD 61001038 olan şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X9 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayonu Alpoud kənd icra nümayəndəliyinin Tumaslı kəndində yaşayır, əri X7 adına verilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair KOD 610010** JN ***2 nörəli Dövlət Aktına əsasən X11, X12, X15, X10 və ona yəni Ərizəçi mülkiyyətində 2.29 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair KOD 610010** JN ***2 nömrəli Dövvlət Aktında onun ata adı Hüseyn olduğu halda Azərbaycan Respublikası Torpağa Mülkiyət hüququna dair KOD 610010** JN ***2 nömrəli Dövlət aktında səhvən Aydın kimi qeyd edilmişdir. Bu yanlışlığın aradan qaldırılması və müvafiq düzəlişlərin edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin səhvin düzəldimlləsi onların səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etmələri izah edilmmişdir. Bu səbəbdən də məcbur qalıb, məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında ərizəçi X9 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Rəhimova Rübabə Qurban qızı izahatında göstərdi ki, ərizəçi ilə qonşu, olmaqlam eyni kənddə yaşayır, ona kənd ərazisində torpaq sahəsi verilmişdir, torpağın sənədində səhvlik olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, ərizəçi ilə qonşudur. Ərizəçiyə torpaq sahəsi verilməsi barədə sənəddə səhvlik olmuşdur. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0082 KOD 61001038 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998ci il 22 iyun tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Tumaslı kənd sakini X5 mülkiyyətinə 2.29 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Alpoud kənd inzibati dairəsi zrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 77 nömrəli, 31 yanvar 2022-ci il tarixli arayışdan müyyən olunur ki, Əhmədov Aydın İmran oğlu Bərdə rayonu, Tumaslı kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 11 avqust 1964-cü ildə doğulmuşdur, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 13188417 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əhmədov Aydın İmran oğlu 01 iyun 1962-ci ildə doğulmuşdur, Bərdə rayonu Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15987640 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Rəhimova Rübabə Qurban qızı 11 dekabr 1964-cü ildə doğuulmuş, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17727665 nömrəli Şəxsiyyət vəsiqəsinin surətində müəyyən olunur ki, X4 29 aprel 1982-ci ildə Bərdə rayonu Tumaslı kəndində doğulmuş, Bərdə rayonu, Tumaslı kəndində qeydiyyatdadır. İş materiallarında olan İİİ-JQ458462 nömrəli 06 iyun 1985-ci il btarixli nikahın bağlanılmsı hsqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X6 06 iyun 1985-ci ildə 28 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Alpoud kənd inzibati dairəsi zrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 78 nömrəli, 31 yanvar 2022-ci il tarixli arayışdan məlum olur ki, Ərizəçi Aydın qızı ilə, Ərizəçi eyni şəxsdir. İş materiallarında olan Xİİ-JQ 438924 nömrəli 02 oktyabr 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 25 avqust 1987-ci ildə doğulmuş, atası X11, anası, Ərizəçi Hüseyin qızıdır. İş materiallarında olan XVİ-JQ 383957 nömrəli 115 dekabr 1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 30 noyabr 1992-ci ildə doğulmuş, atası X11, anası, Ərizəçi Hüseyin qızıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********00 nömrəli 14 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi Hüseyn qızı JN 0082 nömrəli şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0082, KOD 61001038 Torpğın mülkiyyətə veriməsinə dövlət aktının Ərizəçi Hüseyn qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi Aaydın qızının adına verilmiş JN-0082, KOD 61001038 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi Hüseyn qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Aydın qızının adına verilmiş JN-0082, KOD 61001038 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi Hüseyn qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-834/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-834/2022
28.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver