Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-846/2023 07.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X25 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 122 yanvar 1999-cu il tarixli 01 saylı qərarı əsasında Bərdə rayon Lənbəran kəndində yerləşən 4.29 ha torpaq sahəsinə verilmiş JN 504, KOD-61000048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İstehsalar Komissiyasının 12 yanvar 199-cu il tarixli 01 saylı qərarı ilə onlra və ailə üzvlərinə birlikdə Bərdə rayon Ləmbəran kəndində yerləşən 4,29 ha torpaq sahəsi verilmişdir. Qeyd etdiyimiz 4,29 ha torpaq sahəsinə JN-504 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktıda verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət atında səhvlik baş vermişdir. Belə ki, Ərizəçi1 olduğu halda, səhvən X1, Ərizəçi2 olduğu halda səhvən X2 X16 olduğu halda səhvən X3 yazılmışdır. X16 11 noyabr 2006-cı il tarixdə vəfat etmişdir. Qeyd olunmuş yanlışların dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbacayn Respublikası ƏMDK nin DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etsələrdə heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X25 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 izahatında göstərmişdir ki, ərizəçinin qohumdur. Onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, ərizəçinin qonşusudur. Onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-504 KOD 61000048 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarına əsasən Bərdə rayonu Lənbəran kənd sakinləri X10, X4, X15, X5, X6 mülkiyyətinə 4.29 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1969-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE 13189213 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 09 noyabr 1974-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 17975227 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X27 07 mart 1983-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş 1-19009 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş AQ ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, Ərizəçi1 məxsusdur. İş materiallarına əlavə olunmuş NZ-5705996 nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, Ərizəçi2 məxsusdur. İş materiallarına əlavə olunmuş XVİİİ-JQ nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxx 1993-cü ildə doğulmuşdur, atası Ərizəçi2, anası X20r. İş materiallarına əlavə olunmuş 1536-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X16 11 noyabr 2006-cı ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-11760235 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1969-cu ildə doğulmuşdur, atası X21, anası X11r. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 601 nömrəli, 13 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 504 KOD 61000048 nömrəli dövlət aktında qeyd edilmiş X17 ilə X16 eyni şəxsdir. İş materiallarına əlavə olunmuş Bərdə rayonu, Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 599 nömrəli, 13 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 504 KOD 61000048 nömrəli dövlət aktında qeyd edilmiş X14 ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X25 7 saylı Bərdə Ərazi İdarəsinin **********76 nömrəli 28 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi2 JN 504 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X25 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-504 KOD 61000048 olan dövlət aktının X12, Ərizəçi2, X18, Ərizəçi1 və X7 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-504 KOD 61000048 olan dövlət aktının X12, Ərizəçi2, X18, Ərizəçi1 və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-846/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-846/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver