Məhkəmə qərarları › İş №2(021)-856/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-856/2023

14.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-856/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X2” qarşı “cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” X3 X6 İdarəsi tərəfindən 29 iyul 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” ilə 8640 m.3 qazı itirilməsinə görə ona əsassız hesablanmış 1036,80 manatın **********01020 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, fərdi vətəndaş olaraq 2012-ci ildən hal-hazıradək qaz istehsalçısıdır. 2012-c ildən Azəriqaz İB-nin Tərtər X6 İdarəsi tərəfindən onun həyətindən bayır tərəfdə kəndarası yolla mexaniki tipli G-4 markalı qaz sayğacı qurlaşdıralaraq fərdi yaşayış evinin qaz təchizatı həmin sayğac vasitiəsi ilə həyata keçirlmişdir. Ötən 10 il ərzində qazdan istifadə ilə əlaqədar paylayıcı şəbəkə, yaxud Tərtər QRİİ ilə onun araasında heç bir narazılıq olmamış, istehlak etdiyi qazın dəyərini də həmişə sayğac göstəricisinə uyğun olaraq ödəmişdir. Həm də istehlakçı olaraq istehlak etdiyi qazı ancaq məişətdə-mətbəxdəki 2 gözlü qaz sobasından istifadə zamanı işlətmişdir. Həmçinin bildirir ki, 2012-ci ildə 21 iyul 2022ci il tarixinədək olan müddətdə onunla Azəriqaz İB arasında və ya onun Tərtər RQİİ yaxud həmin idarənin Bərdə Xidmət Sahəsi arasında qazın alqı-satqısı barədə hər hansı bir müqavilə olmamış, ona abonent kitabçası verilməmişdir. Bunun səbəbi ona məlum deyildir. 21 iyul 2022-ci il tarixdə Azəriqaz İB-nin Tərtər RQİİ-nin Bərdə Xidmət Sahəsinin nümayəndələri gələrək 2012-ci ildə quraşdırlımış həmin sayğacı çıxartmış və onu “Smart tipli sayğacla əvəz etmişdirlər”. Bunun səbəbi olaraq izah etmişdirlər ki, həmin mexaniki sayğac 10 ildən artıqdır ki quraşdırılmılşdır, odur ki köhnəlmişdir, bundan başqa bütün ölkə üzrə smart tipli müasir tipli qaz sayğacları quraşdırılır ki, qazın pulu istehlakçı tərəfindən karta yüklənsin. Həmin nümayəndələr mexaniki sayğacı söküb çıxararkən onun üzərində hər hansl bir zədə, o cümlədəndə plastmas qapağının alt hissəsinin deşici alətlə deşilmiş olması barədə ona heç bir məlumat verilməmişdir. Ümumiyyətlə heç bir iradları olmamışdır, sayğaclın plombu da salamat olmuşdur. Elə həmin 21 iyul 2022-ci il tarixdə onunla Tərtər RQİİ-nin Bərdə Xidmət sahəsinin nümayəndəsi vasitəsi ilə “Paylayıcı ilə məişət qurğusu istifadəçisi arasldnda qazın alqı-satqısı barədə” 21 iyul 2022-ci il tarixli 36265 nömrəli müqavilə bağlanmışdır. Bir neçə gün bundan əvvəl Tərtər RQİİ-dən onun ünvanına 29 iyul 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair Tələbnamə daxil olmuşdur. Tələbnamədə bildirilir ki, sənayə və məişət qaz sayğaclarının kalibirləmə labaratoriyiasının Qaz sayğacının yoxlanılması barədə 29 iyul 2022-ci il tarixli 29/1710-02876-1 nömrəli Aktına əsasən G-4 markalı ******* nömrəli sayğacın hesablama mexanizminin plastmast qapağının alt hissəsi deşici alətlə deşilmişdir. Əsas 29 iyul 2022-ci il tarixli ******* nömrəli AKT. Qaz sayğacının nominal qaz sərfi 4 kub metr orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4x24x90=8640 kubmetr. Beləliklə sözügedən tələbnaməyə əsasən Tərtər RQİİ ondan 8640 kubmetr qazın dəyəri olan 1036,80 manat pulun ödənilməsini tələb edir və həmin məbləğ onun abonent saldosuna qalıb borc kimi daxil edilmişdir. Aşağıda şərh etdiyi səbələrdən Tərtər RQİİ-nin bu tələbini qanunsuz hesab edir. 1. 2012-ci ildən 21 iyul 2022-ci il tarixədək istfadəsində olmuş Elektron tipli G-4 markalı ******* nömrəli mexaniki qaz sayğacının çıxarılması, əvəzində SMART tipli qaz sayğacının quraşdırılmasına dair. 21 iyul 2022-ci il tarixli ******* nömrəli aktda ad-soyadının qarşısında olan imza ona məxsus deyildir, o, imza etməyib, onun əvəzindən kimin imza etdiyini də bilmir. 21 iyul 2022-ci il tarixdə sayğac əvəzlənərkən heç bir akt tərtib edilməyib və ona aktın surəti verilməyib, nə də həmin vaxt sayğacda hər hansı bir zədə o cümlədən də sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilmiş olması ona bildirilməyib. 2. ******* nömrəli aktda göstərilənlərə görə ******* nömrəli sayğac sökülüb götürülərkən onun üzərindəki blomlar sağ-salammat olub. Bu fakt həmin sayğaca müdaxiləni istisna edir. 3. 21 iyul 2022-ci il tarixli ******* nömrəli aktda göstərilir ki, ekranda dəlik aşkar olundu. Tələbnamədə isə göstərilir ki, labaratoriya yoxlaması zamanı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilmiş olması aşkar olundu. Göründüyü kimi akt və labaratoriya rəyi bir biri ilə ziddiyət təşkil edir. 4. Tələbnamədə göstərilir ki, 8640 kubb metr həcmində itirilmiş qazın bərpası üçün əsas 29 iyul 2022-ci il tarixli 035436 nömrəli aktdır. 29 iyul 2022-ci il tarixli ******* nömrəli aktda isə göstərilir ki, 30 iyul 2022-ci il tarixdə aparılan yoxlama zamanı MSK-29/1710-1 saylı akta əsasən ******* nömrəli sayğaca ümumi baxış keçirlidi. Hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfindən ödənilməlidir. Bu aktdakı qanunsuzluqları diqqətə çatdırır. 30 iyul 2022-ci il tarixdə sayğaca yerinə baxış keçirirlisə necə ola bilər ki , aktın tarixi 29 iyul 2022-ci il olsun? 2) Kalibirləmə labaratoriyasının 29/170-02876-1 saylı aktı və ******* nömrəli akt eyni, yəni 29 iyul 2022-ci il tarixlidir. Necə ola bilər ki, 29 iyul 2022ci il tarixdə həm sayğaca yerində baxış keçirlsin həmdə elə həmin gün bu sayğac Bakı şəhərində yoxlanılsın? 3) 29 iyul 2022-ci il tarixdə bu sayğaca yerində heç bir baxış keçirlə bilməzdi, çünki ******* nömrəli sayğac hələ 21 iyul 2022-ci il tarixdə sökülüb götürülərək əvəzində SMART tipli müasir sayğac quraşdırılmışdı. 4) 29 iyul 2022-ci il tarixli ******* nömrəli AKT-da onun ad soyadının qarşısında olan imza ona məxsus deyil və o, imza etməmişdir, onun əvəzinə kimin imza etdiyini də bilmir. Bu aktın surətini də tələbnaməni aldıqdan sonra əldə etmişdir. 5. 2012-ci ildən 21 iyul 2022-i il tarixədək olan müdətdə onunla “Azəriqaz “ İb, nə Tərtər RQİİ, nə də həmin idarənin Bərdə xidmət sahəsi arasında qazın alqı-satqısı barədə, o cüməldən də hyətindən kənarda-kəndarrası yholda quraşdırılmış qaz sayğacını gecə gündüz onun mühafizə edib ona keşik çəkməklə qorumalı olmağı barədə müqavilə olmamışdır, yəni sayğacın zədələnmməsinə görə onun maddi məsuliyyəti nəzərdə tutulan öhdəliyi yoxdur. Yolun içərisinə quraşdırılmış sayğacın zədəlnməsinə və onun ekranının, yaxud plastmas qapağının deşilməsinə görə itirilmiş qazın bərpası da həmin sayğacı quraşdıranlar tərəfindən ödənilməlidir. 6.Ona məlum olduğuna görə mexaniki qaz sayğacları hər 5 ildə bir dəfə çıxarılaraq “Azəriqaz” İB-nin Metrologiya Departamentinə albarator yoxlamaya göndərilməli, əgər yoxlama nəticəsində istismara yararlı hesab edilərsə, yenidən quraşdırılaraq istismara verilməlidir. Lakin ******* nömrəli mexaniki sayğac 2012-ci ildə quraşdırılıb istifadəyə verilməsinə baxmayaraq istismarda olduğu 10 ildən çox (21 iyul 2022-ci il tarixədək) bir dəfə də olsun ki, labarator yoxlamaya göndərilməmişdir. Bundan başqa ona məlum olduğuna görə həmin mexaniki qaz sayğacı 2012-ci ildə quraşdırılarkən xüsusi dəmir qutunun işərisində quraşdırılmaqla, onun üzərində quraşdırıldığı dirək isə ən azı 58-60 mm-lik dəmir boru olmalı, yaxud sayğacı divara mıxlamalı idi. Lakin cavabdeh bu qaydalara da əməl etməmiş, sayğacı yolun içərisində 32 mm-lik nazik dəmir borunun üzərinə, həm də heç br qoruyucu qutusu olmadan quraşdırıb çıxıb getmişlər. 7. Cavabdehin yol verdiyi qanusuzluqlar hətta o həddə olmuşdur ki, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” də itirilmiş qaz həcmini hesabalyarkən sutkalıq isttifadə müddətini 24 saat hesabı ilə hesablamışdır. Sual olunur ki, onun evində cəmi 1 ədəd 2 gözlü mətbəx peçi olduğu halda sutkanın 24 saatını qazdan istifadə etməyi nə dərəcədə ağlabatandır. Bu hesablama gülüncdür. 8. ******* nömrəli sayğacın ekranında və onun hesablama mexnizminin plastmas alt hissəsində kimin deşik açması ona məlum deyildir və bunu o, etməmişdir. İntizamlı istehlakçı və ödəyici kimi 2012-ci ildən hal-hazıradək onun istifadə etdiyi təbii qaza görə hər ay demək olar ki, təxminən eyni məbləğlərdə ödənişlər etmişdir, yəni ödənişlərində azalma yoxdur. Əgər bu deşik onun tərəfindən açılmış olsaydı, aylıq ödənişləri arasında kəskin fərq olardı. Hazırkı mübahisənin cavabdehlə 21 iyul 2022-ci il tarixli, 36265 nömrəli Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq məhkəmədənkənar, yəni qarşılıqlı anlaşma və razılaşma yolu ilə həlli məqsədi üçün tərəfindən “Azəriqaz” İB-nin Tərtər X6 İdarəsinə 01 noyabr 2022-ci il tarixli Etiraz bildirişi göndərilmiş, həmin etiraz 03 noyabr 2022-ci il tarixdə alınmasına baxmayaraq bu günədək cavablandırılmamış, ona heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə iclası barədə bildiriş cavabdehin ünvanına çatmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmirşdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət vermək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1954-cü ildə doğulmuşdur, Bərdə rayonu Qazaxlar kəndi ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 2airəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 503 nömrəli, 01 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Qazaxlar kəndində yaşayır. İş materiallarınd olan dəymiş ziyanın bərpasına dai tələbnamənin surətindən müəyyən olunur ki, dəymiş ziyanın həcmi 8640 kubmetrdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 29 iyul 2022-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla Bərdə rayonu, Qazaxlar kəndi ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğaca baxış keçirilməsi, baxış keçirilən zamanı sayğaca müdaxilə edilməsi aşkar olunaraq aktlaşdırılmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, 21 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, həmin aktla Bərdə rayonu, Qazaxlar kəndi ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğacın labaratoriyada yoxlanılması üçün göndərildiyi aktlaşdırılmışdır. İş materiallarında olan **********01029 abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə borcu 1036.80 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. İddiaçı barəsində cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatına görə yazılmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh məhkəmə prosesi barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, iddiaçının iddiasını təkzib edəcək, eləcə də “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, 29 iyul 2022-ci il tarixli aktın doğruluğunu təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış (abonent saldosu **********01029) 1036.80 (min otuz altı manat səksən qəpik) manat cərimə borcu silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar