Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-865/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15 oğlunun, Ərizəçilər Ərizəçi1 və X2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 və X6 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə hüququna dair JN-318 KOD ******* olan dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996-cı il tarixli 04 saylı qərarına əsasən onlara 1.71 ha pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyət hüququna dair JN-318 KOD ******* olan dövlət aktı almışlar. Həmin dövlət aktında Ərizəçi2 əvəzinə X1 qeyd edilmişdir. Odur ki, torpağın mülkiyyət hüququna dair JN-318 KOD ******* olan dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və X6 ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş İsmayılov İbad Novruz oğlu izahatında göstərdi ki, Ərizəçi1 oğlu, Ərizəçi2 isə nəvəsidir. Onlara kənd ərazisində pay torpaq sahəsi verilmişdir, torpağın sənədində səhv olaraq X7 qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, ərizəçi Nazim qardaşı Razim isə qardaşı oğludur. Onlara kənd ərazisində pay torpaq sahəsi verilmişdir, torpağın sənədində səhv olaraq X7 qeyd edilib. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-318 KOD ******* saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 dekabr 1996cı il tarixli 04 saylı qərarına əsasən Bərdə rayonu Soğanverdilər kənd sakini Ərizəçi1, X4 mülkiyyətinə 1.71 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon, Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 148 nömrəli, 21 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 ilə Ərizəçi2 eyni şəxsdir. İş materiallarında olan Bərdə rayon, Soğanverdilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 149 nömrəli, 21 aprel 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi2 Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olmaqla, yaşayır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxx 1972-ci ildə Bərdə rayonu, Soğanverdilər kəndində anadan olmuş, Bərdə rayonu, Soğaverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1995-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 13190685 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 06 oktyabr 1976-cı idə Bərdə rayonu Soğanverdilər kəndində doğulmuş, Bərdə rayonu, Soğaverdilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 03593202 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 01 iyul 1948-ci ildə Bərdə rayonu Soğnaverdilər kəndində doğulmuş, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatdadır. İç materiallarında ollan XVİİİ 491673 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxx 1995-ci ildə doğulmuşdur, atası İsmayılov Nazim İbad oğlu, anası X3r. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********17 nömrəli 03 may 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 318 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-318 KOD ******* dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Ərizəçi1 və X4 adına verilmiş JN-318 KOD ******* torpağın mülkiyyət hüququna dair dövlət aktının aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1 və X7 adına verilmiş JN-318 KOD ******* torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-865/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-865/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver