Məhkəmə qərarları › İş №2(021)-867/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-867/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-867/2022 01.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 oğlunun, Ərizəçi1 Fərəc qızının iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-024A KOD 61022048 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən onlara X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Məhəmməd oğluna, Ərizəçi4 və Ərizəçi5 Bərdə rayonu Kürdborakı kəndində 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN-024A KOD 61022048 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də almışdır. Həmin torpaq onların sahibliyində və istifadəsində olsa da torpaq üzərində sərəncam hüquuqlarını həyata keçirdə bilmirlər. Belə ki, payçılardan Ərizəçi4 adı səhvən “Urbabə” kimi qeyd edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-024A KOD 61022048 nömrəli şəhadətnamənin onlara X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Məhəmməd oğluna, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair məhkəmə aktına ehtiyacları var. Məhkəmə iclasında Ərizəçi1 ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, ərizəçilərin qohumudur, onlara verilən torpaq sənədində adları səhv yazılmışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-024A KOD 61022048 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 72 saylı qərarına əsasən Bərdə rayonu Kürdborakı kənd sakinləri X3, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X1 və X2 mülkiyyətinə 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 Fərəc qızı xx xxxx 1950-ci ildə Tərtər rayonunda doğulmuş, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxx 1975-ci il tarixdə Bərdə rayonu Kürdborakı kəndində doğulmuş, Bərdə rayonu, Kürdborakı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxx 1978-ci ildə doğulmuşdur, Bərdə rayonu, Şatırlı kəndində qeydyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 Məhəmməd qızı xx xxxxxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 583 nömrəli, 04 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayonu, Kürdborakı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş XV-JQ 379644 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi4 28 dekabr 1972-ci ildə doğulmuşdur, atası X7, anası Nəzirova Ziyadə Fərəc qızıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 054808 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 08 dekabr 2019-cu ildə ölmüşdür. İş materiallaına əlavə edilmiş 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxx 1972-ci ildə Bərdə rayonu Kürdborakı kəndində doğulmuş, Tərtər rayonu Sarıcalı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 16058622 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 04 mart 1965-ci ildı Bərdə rayonu, Saatlı kəndndə doğulmuuş, Bərdə rayonu, Saatlı kəndində qeydiyyatdadır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********89 nömrəli 03 noyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 024A nömrəli şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-024A KOD 61022048 şəhadətnamənin X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Məhəmməd oğluna, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X3, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Nəsirova Ürbabə Məhəmməd qızının və X2 adına verilmiş JN-024A KOD 61022048 dövlət aktının X4(ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X3, Ərizəçi1 Fərəc qızının, Ərizəçi2, Ərizəçi3, Nəsirova Ürbabə Məhəmməd qızının, X2 adına verilmiş JN-024A KOD 61022048 dövlət aktının X4 (ölmüşdür), Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar