Məhkəmə qərarları › İş №2(021)-874/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-874/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-874/2022 16.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi nümayəndəsi X23 oğlunun iştirakı ilə, Ərizəçi Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyətə verilməsinə 22.06.1998-ci il tarixli Səhadətnamədə ”İbrahimova Dünya Məhəmməd qızı” əvəzinə İbrahimova Dusya Məhəmməd qızı qeyd olunmaqla, hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22.06.1998-ci il tarixli Şəhadətnamədə anasının adı İbrahimova Dusya Məhəmməd qızı olduğu halda ”İbrahimova Dünya Məhəmməd qızı” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X23 oğlu ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını və şahid ifadələrini nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 576 saylı 02.09.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Qarayusifli kəndə qeydiyyatdadır , lakin həmin ərazidə yaşamır. İş materiallarına əlavə edilmiş X-ЖГ № 360549 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 1936-cı ildə anadan olmuşdur. X2, anası X3r. İş materiallarına əlavə edilmiş Azərbaycan Republikasının P4679447 saylı Pasportundan görünür ki, X12 01.07.1936-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ- İ № 639752 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06.02.2014-cü il tarixə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ- İ № 066595 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov İbiş Zeynal oğlu 01.10.2003-cü il tarixə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AЭ № ******* saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi İbiş oğlu xx.xx.1971-ci ildə anadan olmuşdur. Atası İbrahimov İbiş Zeynal oğlu , anası X6r. İş materiallarına əlavə edilmiş İİİ- ИЗ № 354435 saylı Nikahın bağlanması haqqında Şəhadətnamənin surətindən görünür ki, İbrahimov İbiş Zeynal oğlu ilə İbrahimova Dusya Məhəmməd qızı 28.03.1969-cu ildə Alpout sovetliyində 15 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İbrahimov, arvada İbrahimov soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 573 saylı 01.09.2021-ci il tarixli Arayışdan qeyd olunur ki, JN-083A saylı Şəhadətnamədə texniki səhv olaraq X4 adı Dünya kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-083A KOD- 61001028 saylı Şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22.06.1998-ci il tarixli, 57 nömrəli qərarı ilə 0.40 ha torpaq sahəsi Bərdə rayon Qarayusifli kənd sakinləri X14 və İbrahimova Dünya Məhəmməd qızının mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********97 nömrəli 07.09.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər torpağın mülkiyyət hüququna dair JN-083A saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X21 bildirdi ki, Ərizəçi onun qardaşıdır. Anasının rəsmi adı Dusya olub, lakin el arasında Dünya deyiblər. Ona görə də Torpağa mülkiyyətə verilməsinə dair JN-083A KOD-61001028 saylı Şəhadətnamədə adı Dünya kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X22 Ərizəçi onun qardaşıdır. Anasının rəsmi adı Dusya olub, lakin el arasında Dünya deyiblər. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-083A KOD-61001028 saylı Şəhadətnamədə yanlışlıq olaraq X4 adı -“X11” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-083A KOD-61001028 saylı X1 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-083A KOD-61001028 saylı Şəhadətnamədə “X11” yazısının X7 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-083A KOD-61001028 saylı Şəhadətnamədə qeyd olunmuş mülkiyyətçi ”X11” yazısının X7 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar