Məhkəmə qərarları › İş №2(021)-875/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-875/2022

03.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-875/2022 03.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi rayon məhkəməsinə vermiş olduğu ərizəsində 19 iyul 1960-cı il təvəllüdlü atası X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək hazırlıq iclasından sənədlərinin və ödənilmiş dövlət rüsumunun özünə geri qaytarılmasını və xahiş etmişdir. Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, Ərizəçi nümayəndəsi X2 ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən ərizəçinin 04 fevral 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödədiyi 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 170.1, 263- 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair vermiş olduğu ərizəsi Ərizəçi qaytarılsın. Ərizəçi 04 fevral 2022-ci il tarixdə ********* nömrəli qəbzlə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar