Məhkəmə qərarları › İş №2(021)-877/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-877/2022

16.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-877/2022 16.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, Ərizəçi, maraqlı şəxs X3 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona Bərdə rayonu Mehdili kəndində verilmiş 1.20 ha torpaq sahəsinə verilmiş JN-0238 KOD-61012018 saylı Torpağa mülkiyyət X21 aktının ona məxsus olması faktının təstiq edilməsinə və qeyd olunmuş yanlışın düzəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona Bərdə rayonu Mehdili kəndində yerləşən 1.20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN- 0238 KOD-61012018 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamədə verilmişdir. Həmin torpaq sahəsi onun adlarındadır və onun istifadəsindədir. Hazırda ona verilmiş torpağa mülkiyyət şəhadətnaməsində onun soyadı səhv olaraq qeyd edilmişdir. Belə ki, onun soyadı Ərizəçi olduğu halda soyadını səhvən X1 yazılmışdır. JN-0238 KOD- 61012018 saylı Torpağa mülkiyyət şəhadətnaməsində soyadının düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciyyət etsə də heç bir nəticəsi olmamışdır. Hal-hazırda JN-0238 KOD-61012018 saylı Torpağa mülkiyyət şəhadətnamədə olan yanlışın düzgün qeyd edilməsini istəyir, çünki bu ona bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində dindirilmiş X6 izahat verərək göstərmişdir ki, ərizəçi onun arvadıdır. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə onların ailə üzvlərinin adına Bərdə rayonu, Mehdili kəndində 1,20 ha torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN 238 №-li, 61012018 Kodlu Torpağın Mülkiyyət X21 Aktı verilmişdir. Sözügedən dövlət aktında arvadının soyadı “Ağayeva” olduğu halda, yanlış olaraq “Məmmədova” kimi qeyd olunmuşdur. Ona görə də ərizənin təmin olunmasına etiraz etmir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X11 ifadə verərək göstərmişlər ki, ərizəçinin soyadının «Məmmədova» deyil, “Ağayeva” olması faktını təsdiq edirlər. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-238 №-li 61012018 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Mehdili kənd sakini X2 və X5 ümumi mülkiyyətinə 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan АЗ-1123562 saylı 18 aprel 1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1959-cu ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X20, ana qrafasında anası kimi X12 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu Mehdili kənd icra nümayəndəliyi tərəfindən verilmiş Vİ-ЖГ 327745 saylı 20 yanvar 1995-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 və Ərizəçi 20.01.1995-ci ildə 01 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayonu Mehdili kənd icra nümayəndəliyi tərəfindən verilmiş İ-AZ 053954 saylı 30 iyul 1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 09 yanvar 1999-cu ildə anadan olmuşdur, ata qrafasında atası kimi X6, ana qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan MB 011633 saylı diplom surətindən müəyyən olunur ki, Ərizəçi 1979-cu ildə H.Zərdabi adına X13 İnstitutuna daxil olmuş və 1984-cü ildə riyaziyyat ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********118 nömrəli 14 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-238 saylı dövlət aktında ata adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-238 KOD 61012018 saylı Dövlət aktının Ərizəçi və X4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X2 və X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-238 KOD 61012018 saylı Dövlət aktının Ərizəçi və X4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2 və X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-238 KOD 61012018 saylı Dövlət aktının Ərizəçi və X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində BərdəRayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar