Məhkəmə qərarları › İş №2(021)-879/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-879/2022

07.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-879/2022 07.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakları ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək arvadı X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi faktının təsdiqinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 01 mart 1970-ci ildə anadan olmuş X6 onun həyat yoldaşıdır. X6 ilə 24 oktyabr 1988-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X6 xeyli müddətdir X2 müalicə alır, mütamadi müalicəyə ehtiyacı vardır, uzun müddətdir psixi xəstəlikdən əziyyət çəkir. Mütamadi olaraq uzun müddət müalicə almasına baxmayaraq bir nətciəsi olmamışdır. Yeganə Musayeva özünü müstəqil idarə edə bilmir. Daimi yardıma və nəzarətə ehtiyacı vardır, bu səbəbdən də onun fəaliyyət qabliyyətsizliyi məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1966-cı ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 01 mart 1970-ci ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs Başçısının Bərdə rayonu, Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 nömrəli, 26 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. İş materiallarında olan 399958 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X7 24 sentyabr 1988-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X9 şəxsi tərəfindən verilmiş 26 yanvar 2022-ci il tarixli, 282 nömrəli arayışından müəyyən olunur ki, X6 11 yanvar 2022-ci il tarixdə X5 “Xroniki sayıqlama pozuntusu” diaqnozu ilə stasionar müalicəyə göndərilib. Bərdə Rayon Məhkəməsinin 2(021)-879/2022 saylı 01 mart 2022-ci il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş 1808 saylı 23 may 2022-ci il tarixli rəyindən müəyyən olunur ki, X6 öz psixi vəziyyətinə görəm hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil, buna görə də X6 tam fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir, X6 onda müəyyən edilən Şizofreniya paranoid forma, psixi halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə görə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Bu Məcəllənin 320.1-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə tərəfindən müəyyən olunur ki, X1 onun məhkəmə iclasında iştirakını qeyri mümkün edir. Bu Məcəllənin 321.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi ardavı X3 fəaliyyət qabiliyyəti olmaması məhkəmə psixiatrik ekspertizasının rəyi və işdə olan digər sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233-234, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi arvadı X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar