Məhkəmə qərarları › İş №2(021)-881/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-881/2021

12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-881/2021 12.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X15 katibliyi Ərizəçi Ərizəçi Üçüncü şəxslər X6 X13 X14 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı əsasında verilmiş, Bərdə rayon Torpaq şöbəsinin Dövlət aktı qeydiyyat kitabında 25 iyun 1999-cu ildə 4177 nömrə ilə qeydə alınmış JN: 121 saylı, KOD 61001038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və həmçinin 103 nömrə ilə kitabda qeydə alınmış JN-162A saylı, KOD 61001038 saylı şəhadətnamənin ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, respublikada torpaq islahatına dair 1997-ci il tarixli Qanunun həyata keçirilməsi ilə əlaqədar Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına uyğun olaraq 5 nəfərdən ibarət olan ailəsinə 2,41 ha pay torpağı verilmişdir. Həmin pay torpaq sahəsinin onların ümumi paylı mülkiyyətlərinə verilməsi JN: 121 saylı, KOD 61001038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə sənədləşdirilmişdir. Eyni zamanda qanuni istifadələrində olan 0,35 ha ölçüdə həyətyanı torpaq sahəsinin mülkiyyətlərinə verilməsi ilə əlaqədar Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına uyğun olaraq JN-162A saylı, KOD 61001038 olan şəhadətnamə verilmişdir. Onun adı Güllü olduğu halda, sözügedən JN: 121 saylı, KOD: 61001038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktında yanlış olaraq Güllər yazılmış, JN-162A saylı, KOD 61001038 olan şəhadətnamədə atasının adı Tompul qızı yazılmaq əvəzinə yanlış olaraq Alı yazılmaqla onun şəxsiyyətini təsdiq edən sənədlərdə olan ad və ata adı qeydləri arasında uyğunsuzluq əmələ gətirmiş, bununla da sözügedən sənədin ona məxsus olması barədə anlaşılmamazlıq yaradılmışdır. Göstərilən səbəbdən paylı mülkiyyətində olan əmlaka dair heç bir sərəncam verə bilmir, ona məxsus olan torpaq sahəsinin naturada ayrılmasını, yaxud onun alqı-satqısını edə bilmir və beləliklə mülkiyyət hüquqları pozulur. Bu sənədin ona məxsus olması yerli icra hakimiyyəti və özünüidarəetmə orqanı olan bələdiyyəyə aydındır. Lakin bu hal ona məxsus olan həmin daşınmaz əmlak üzərində idarə ifadəsinin notarial qaydada təsdiq edilməsinə əngəl olan səhvləri aradan qaldırmır. Hal-hazırda torpaq aktında göstərilən soyad və ata adının, şəxsiyyətini müəyyən edən sənədlərdəki adı ilə düz gəlmədiyindən özünə aid olan pay torpağı hissəsini naturada ayırıb əmlak üzərində sərəncam verə bilmir. Qeyd edilən yanlışlıqların aradan qaldırılması üçün Azərbaycan Respublikası ƏMDX-nin DƏDRX-nin 7 saylı Bərdə ərazi idarəsinə müraciət etmiş, sonuncu ona 26.01.2021-ci il tarixli məktubunda bildirmişdir ki, məsələnin həlli ancaq məhkəmənin səlahiyyətinə aiddir. Göstərilən səbəblərdən məhkəməyə müraciət etmək və Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı əsasında verilmiş Bərdə rayon Torpaq şöbəsinin Dövlət aktı qeydiyyat kitabında 25 iyun 1999-cu ildə 4177 nömrə ilə qeydə alınmış JN: 121 saylı, KOD 61001038 olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktında onun adının Güllü əvəzinə Güllər kimi yanlış yazıldığını nəzərə alaraq həmin sənədin ona, həmçinin JN-162A saylı, KOD 61001038 olan şəhadətnamədə atasının adı “Tompul qızı” yazılmaq əvəzinə yanlış olaraq “Alı qızı” yazılması nəticəsində əmələ gəlmiş uyğunsuzluğun aradan qaldırılması üçün sözügedən sənədlərin xx.xx.1958-ci il tarixdə Şamxor rayonu, Dəllər Çırdaxan kəndində anadan olmuş, Bərdə rayonu Tumaslı kəndində yaşayan Ərizəçi məxsus olması barədə məhkəmə aktı çıxarılmasını xahiş etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X16, X18 və X19 göstərmişlər ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən onlara 2,41 ha pay torpaq sahəsi və 0,35 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-121 saylı KOD 61001038 olan Dövlət aktında Ərizəçi adı səhvən Güllər kimi, Torpağın mülkiyyətə verilməsinə dair JN-162A saylı KOD 61001038 olan şəhadətnamədə isə ata adı səhvən Alı kimi qeyd edilmişdir. Ərizənin təmin olunmasına etirazılarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, üçüncü şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X20, X7 və X17 göstərmişlər ki, ərizəçi qohumlarıdır. Ərizəçi adına verilmiş Dövlət aktında adı səhvən Güllər, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə isə ata adı səhvən Alı yazılmışdır. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-121 saylı KOD 61001038 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Tumaslı kənd sakinləri X2, X1, X8, X3 və X9 mülkiyyətinə 2,41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-162A saylı KOD 61001038 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 nömrəli qərarına əsasən Bərdə rayonu Tumaslı kənd sakinləri X2, Ərizəçi Alı qızının, X10, X4 və X11 mülkiyyətinə 0,35 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 22 dekabr 1958-ci il tarixdə verilmiş İ-ИЕ 638168 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 72 saylı 21 yanvar 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-162A saylı şəhadətnamədə Ərizəçi atasının adı texniki səhv olaraq Ərizəçi Alı qızı yazılmışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 72 saylı 21 yanvar 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, JN-121 saylı Dövlət aktında Ərizəçi adı texniki səhv olaraq X12 yazılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********33 nömrəli 26 yanvar 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-162A saylı şəhadətnamədə ata adının və JN-121 Dövlət aktında adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə şəhadətnamədə və Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-121 KOD ******* saylı Dövlət aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN-162A KOD 61001038 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X5, X1, X10, X3, X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-121 KOD ******* saylı Dövlət aktının və X5, Ərizəçi Alı qızının, X10, X3, X9 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 162A KOD 61001038 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X5, X1, X10, X3, X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-121 KOD ******* saylı Dövlət aktının və X5, Ərizəçi Alı qızının, X10, X3, X9 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-162A KOD 61001038 saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar