Məhkəmə qərarları › İş №2(021)-889/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-889/2022

10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-889/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17 oğlunun, Ərizəçi iştirakları ilə, Ərizəçi Haqverdiyeva Həmidə Baxşeyiş qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Haqverdiyeva Həmidə Baxşeyiş qızı ərizə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1999-cu il tarixli 07 saylı qərarı və 14 avqust 2005-ci il tarixli 4ə-301 saylı alqı satqı müqaviləsi ilə onlara verilmiş JN-0212 KOD 61005028 saylı torpğa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması və qeyd olunmuş yanlışlıqların düzəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Haqverdiyeva Həmidə Baxşeyiş qızı ərizəsini onunla əsaslandırmışlar ki, Bərdə Rayon Aqrar İstehsalat Komisssiyasının 16 iyun 1999-cu il 07 saylı qərarı və Bərdə rayonu 1 saylı DNK-nin 14 avqust 2005-ci il tarixli 4ə-301 saylı alqı-satqı müqaviləsi ilə ona və ailə üzvlərinə Bərdə rayonu Şorəlli kəndində yerləşən 1,40 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0212 KOD-61005028 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə verilmişdir. Həmin torpaq sahəsi onun adınadır və həmin topraq sahəsinə aid olan torpağa dair mülkiiyət hüququna aid şəhadətnamədə ata adı səhv olaraq qeyd edilmişdir. Beləki onun ana adı Ərizəçi olduğu halda Ərizəçi Böyükkişi qızı kimi qeyd edilmişdir. JN-0212 KOD-61005028 saylı torpağa mülkiyyət şəhadətnaməsində onun ana adının düzəldilməsi üçün Azərbaycan Əmlak Məsələləri Dövlək Komitəsi Yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələr də heçbir nəticəsi olmadı. Hal-hazırda JN-0212 KOD 61005028 saylı torpağa mülkiyyət şəhadətnmasində olan yanlışın düzgün qeyd edilməsini istəyir, çunki bu ona bir sıra çətinliklər yaşadır. Məhkəmə iclasında ərizəçi Haqverdiyeva Həmidə Baxşeyiş qızı ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Mustafayeva Ətayə Baxşeyiş qızı izahatında göstərdi ki, ərizəçinin bacısıdır. Bacısının torpaq sənədində atalarının adı Baxşeyiş əvəzinə Böyükkişi qeyd edilmişdir. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Musayev Yaşar Baxşeyiş oğlu izahatında göstərdi ki, Ərizəçinin bacısıdır. Bacısının torpaq sənədində atalarının adı Baxşeyiş əvəzinə Böyükkişi qeyd edilmişdir. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa Mülkiyyət Hüququna dair JN-0212 KOD 61005028 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İstehsalat Komisssiyasının 16 iyun 1999-cu il 07 saylı qərarı və Bərdə rayonu 1 saylı DNK-nin 14 avqust 2005-ci il tarixli 4ə-301 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu Şorəlli kənd sakini Ərizəçi Böyükkişi qızının mülkiyyətinə 1.40 hektar torpaq sashəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Gülooğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 89 saylı, 01 feral 2022-ci i tarixli arayışın surətindən müəyyən olunur ki, Ərizəçi ilə Haqverdiyeva Həmidə Böyükkişi qızı eyni şəxsdir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 01 iyul 1966-cı ildə Bərdə rayonu, Qaradağlı kəndində doğulmuş, Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan İV-JQ 282294 nömrəli nikah haqqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X4 15 noyabr 1986-cı ildə rəsmi ikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Haqvediyeva soyadı verilmişdir. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Musayeva Həmidə Başxeyiş qızı xx xxxx 1966-cı ildə doğulmuşdur, atası Musayev Baxşeyiş Musa oğlu, anası Musayeva Lilpar Talış qızıdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Şorəlli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Musayev Yaşar Baxşeyiş oğlu 16 avqust 1969-cu ildə doğulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********78 nömrəli 24 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 212 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlt aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0212 KOD 61005028 dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, Ərizəçi Böyükkişi qızının adına verilmiş JN-0212 KOD 61005028 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Böyükkişi qızının adına verilmiş JN-0212 KOD 61005028 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar