Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-898/2024 01.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X7 iclas kаtibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh adına DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşəm ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi mərhum X1na valideynlərindən vərəsəliklə keçmişdir və atalarının mülkiyyətində olmuşdur. Qeyd edir ki, onlar həmin evdə doğulmuşlar və mərhum X1 analarından boşanan günədək, yəni xx.xx.2002-ci ilədək həmin evdə yaşamışdır. Valideynləri ayrıldıqdan sonra onlar analarının himayəsində yaşamışlar. Valideynləri ayrıldıqdan sonra ataları hazırki iş üzrə Cavabdeh ilə ailə qurmuş və onların birgə nikahından uşaqları olmamışdır. Sonradan Şəlalə adlı uşağı övladlığa götürmüşlər. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra qanun üzrə birinci növbə vərəsə kimi Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə onların qeydə alınması barədə müraciət etdilər və oradan onlara bildirdilər ki, vərəsəlik 6 aydan sonra verilir. xx.xx.2022-ci ildə Bərdə Regional ASAN Xidmət Mərkəzində notariat ofisinə gələrək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edərkən, onlara məlum oldu ki, atalarının ikinci arvadı Cavabdeh və övladlığa götürdüyü X9 vərəsə kimi özlərini qeydə aldıraraq xx.xx.2022-ci il tarixdə miras əmlakın 6/8 hissəsini qəbul etmələri barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Onu da qeyd edirlər ki, X9 yetkinlik yaşına çatmamışdır və hazırda anası Cavabdeh ilə birlikdə yaşayır. Bundan sonra onlar vərəsəlik şəhadətnaməsinin ləğvinə dair iddia qaldırmışlar və Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2405/2022 saylı qətnaməsi ilə iddiaları təmin edilərək müvafiq şəhadətnamələr ləğv edilmiş və paylar müəyyən edilmişdir. Onlar məhkəmədə iddia qaldırdıqları bir vaxtda Cavabdeh sözügedən əmlak üzərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnu qeydə aldırmışdır. Çıxarışın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edildiyindən çıxarış da ləğv edilməlidir. Hüquq və vəzifələrinə, maraq və mənafelərinə toxunduğundan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-898/2024 saylı qərardadı ilə X9 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmış, iddiaçılar məhkəməyə ərizə göndərərək yasları düşdüyündən məhkəmə baxış iclasında iştirak edə bilmədiklərini, iş materiallarında olan sənədlərlə kifayətlənib işə onların iştirakı olmadan baxıb iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs DƏDKR-in 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh və həm də üçüncü şəxs X2 qanuni nümayəndəsi olan Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərərək Bərdə rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2(021)- 2405/2022 saylı qətnaməsi üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verdiklərini və işin hazırda Ali Məhkəmədə baxılmaqda olduğunu və həmin işin hazırki işlə bağlı olduğunu nəzərə alaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuşdur. Ağdam rayonu, Qiyaslı kəndində yaşayır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1988-ci ildə doğulmuşdur. İş materiallarında DİN BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1966-cı il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı1 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2405/2022 saylı qətnaməsindən görünür ki, iddiaçılar X5 və İddiaçı2 cavabdehlər Cavabdeh və Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı iddiası təmin edilərək Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş və X6 mülkiyyətində olmuş fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin ¼ hissəsinə X5, ¼ hissəsinə İddiaçı2, ¼ hissəsində Cavabdeh, ¼ hissəsinə X2 vərəsəlik hüquqları tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-1173/2024 saylı qərarından görünür ki, Cavabdeh şikayəti təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1536/2023 nömrəli 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2- 25/2024 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan Bərdə şəhəri, ünvan 4 fərdi yaşayış evi 3 nəfər ailə üzvlü ilə birlikdə Cavabdeh (paylı mülkiyyət 5/8 hissə) adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-46/2- 1156/2024 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan Bərdə şəhəri, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 3 nəfər ailə üzvü ilə birlikdə (paylı mülkiyyət) xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə hazırda Cavabdeh, X9 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və bununla bağlı hüquqmüəyyənedici sənədlərin surəti təqdim edilmişdir. Əmlakın özgəninkiləşdirilməsi barədə məlumat idarədə aşkar edilməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarında olan Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)- 2405/2022 saylı qətnaməsindən iddiaçıların hər birinin X1ndan miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində ¼ hissədə payları müəyyən edilsə də DƏDKR phş-in 7 saylı ərazi idarəsinin sonuncu məktubundan görünür ki, həmin qətnamə üzrə paylar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və daşınmaz əmlakın dövlət reyestrində olan hazırki cari hüquqi rejimə (vəziyyətə) əsasən miras qalmış fərdi yaşayış evi üzərində Cavabdeh, X9 və X6 paylı mülkiyyət hüquqları olduğu kimi qalmaqdadır. Həmin hal isə iddiaçılara məktubun tarixi olan xx.xx.2024-cü il tarixdən bəlli olduğundan iddiaçılar vaxtında, yəni əqdlərin etibarsızlığı ilə bağlı kəsici müddət keçmədən həmin müddət daxilində, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Belə olan halda iddiaçıların iddiası əsaslıdır və təmin edilməlidir. Kəsici müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddianın başlığında çıxarışın etibarsızlığı qeyd edilsə də xahiş etdi hissəsində çıxarışın ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan hüquqların nəticəsi olmaqla daha çox mülki münasibətlərin nəticəsi olduğundan və inzibati akt hesab edilmədiyindən, hazırki mübahisə isə mülki hüquq xarakerli münasibətlərdən yarandığından məhkəmə iddia tələbini çıxarışın etibarsız hesab edilməsi tələbi kimi qəbul etməklə həmin tələbə hüquqi qiymət verib iddianın təmin edilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda məhkəmə əlaqəli işə Ali Məhkəmədə baxılması ilə bağlı cavabdehin iddiaya baxılmalı olmaması və geri qaytarılması ilə bağlı ərizəsinə baxaraq qeyd edir ki, iş üzrə verilmiş kassasiya şikayəti təmin edilməyərək Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1536/2023 nömrəli 22 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldığından 1-ci instansiya məhkəməsinin əmlak üzərində payların müəyyən edilməsinə dair qətnaməsi qanuni qüvvəyə minmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və X4 qarşı “xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh adına DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarış etibarsız hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-898/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-898/2024
01.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver