Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-900/2021 21.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçılar, qarşılıqlı iddia üzrrə cavabdehlər İddiaçı1 qızının, İddiaçı2, İddiaçı3, İddiaçı4 və iddiaçılar, qarşılıqlı iddia üzrrə cavabdeh İddiaçı1 qızının vəkili X2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçılar, qarşılıqlı iddia üzrrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, 3-cü şəxs Bərdə regional ASAN Xidmət mərkəzində notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağın geri qaytarılması və naturada təhvil verilməsi” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı “iddiaçılardan 8700 manat məbləğində torpağın satışı ilə bağlı ödəniş olduğu məbləğin , 3000 manat torpağın münbitləşdirilməsi üçün xərclədiyi vəsaitin və 10000 manat mənəvi zərərin onlardan tutulmasına, hər iki tələbin eyni vaxtda icra edilməsi ” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə Bərdə regional ASAN Xidmət mərkəzində notariat kontorunda 19 yanvar 2021-ci il tarixdə reyestrdə 4Ə-115 nömrə ilə qeyd edilən AN-İ ******* nömrəli, reyestrdə 4Ə-114 nömrə ilə qeyd edilən AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin geri qaytarılması və naturada onlara təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Bərdə rayon X5 22.06.1998-ci il tarixli 09 saylı qərarı ilə ailə üzvlərinə 1.44 hektar pay torpaq sahəsi verilmişdir. Həmin qərar əsasında JN 109, KOD 61023058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd etmişdir ki, X8 10.11.2006-cı il tarixdə ölmüşdür. Həmin vaxtdan da torpaq sahəsini özləri əkib becərmişdir. Daha sonra Cavabdeh Arif oğlu ilə torpaq sahəsinin alqı-satqısı barədə sövdələşərək həmin torpaq sahəsini ona cəmi 7000 manata satmağa razılaşmışdırlar. Cavabdeh alqı-satqını rəsmiləşdirdikdən sonra pulu verəcəyini söz vermişdir. Onlar alqısatqını 19.01.2021-ci ildə Bərdə Regional “ ASAN Xidmət” mərkəzində alqı-satqı müqaviləsi bağlamışdırlar. Həmin müqavilələr bağlanarkən cavabdeh satıcı kimi onlara ödənilməsi üçün notariusun bankda olan depozit hesabına pul qoymamışdur. Cavabdeh onları aldadaraq pulu axşam evlərinə gətirib verəcəyinə söz vermişdir. Lakin cavabdeh pulu gətirmməmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişlər. Cavabeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi, iddiaçılardan 8700 manat məbləğində torpağın satışı ilə bağlı ödəniş olduğu məbləğin , 3000 manat torpağın münbitləşdirilməsi üçün xərclədiyi vəsaitin və 10000 manat mənəvi zərərin onlardan tutulmasına, hər iki tələbin eyni vaxtda icra edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabeh Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1 qızının, İddiaçı2, İddiaçı3 və İddiaçı4 idia tələbini qəbul etmir. Belə ki, Daşınmaz Əmlakın AN-İ № ******* saylı və AN-İ № ******* saylı 19.01.2021-ci il tarixli müqavilə ilə Bərdə rayon Qullar kəndində yerləşən 1.4436 ha torpaq sahəsini ona cəmi 6000 manata rəsmən satmışdırlar. Həmçinin İddiaçı1 qızı qeyd olunan torpaq sahəsini 11.07.2012-ci il tarixdə ondan 2700 manat pul almaqla, digər mülkiyyətçilərində razılığı əldə edilməklə, bələdiyyə sədrinin imzası ilə aralarında müqavilə bağlanılmaqla həmin torpaq sahəsini satmışdır. O, dəfələrlə alqı-satqı müqaviləsini sənədləşdirməyi tələb etsə də, onlar gələcəkdə edəcəklərinə vəd edərək, onu aldatmışdırlar. Daha sonra İddiaçı1 qızı 2020-ci ildə torpaqğı ucuz satdığını bildirərərk , ondan sənədləşmənin aparılacağı üçün əlavə 6000 manat pulunu almışdır. Beləliklə, 1.4 ha torpaq sahəsi ona iki dəfə satılıb. Birinci dəfə 2700 manata, ikinci dəfə isə 6000 manata. O, həmçinin torpağa aqrotexniki qulluq etmiş 50 maşın peyin tökmüşdür. Hər maşına 50 manat pul vermişdir. Bu da 2500 manat pul edir. Fəhlə qüvvəsindən də istifadə etdiyi üçün torpağın münbitləşməsinə cəmi 3000 manat pul xərcləmişdir. O, hazırda qarşılıqlı iddia ilə müraciət edərək, iddiaçılardan alqısatqı ilə bağlı ödəmiş olduğu 8700 manat məbləğ, torpağın münbitləşdirilməsi üçün xərclədiyi 3000 manat və 10000 manat mənəvi ziyan tələb edir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı idida tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qızının vəkili X7 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı idida tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı idida tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı idida tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı idida tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını, ilk idida tələbinin isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Bərdə Regional “ASAN” Xidmət Mərkəzində Notariat Kontorunun məhkəmə iclasına nümayəndəsi i gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən hər iki iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 qızı xx.xx.1967- ci ildə Gürcüstan, Tbilisi şəhərində anadan olmuşdur. Bərdə rayon Qullar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 qızı xx.xx.1991- ci ildə Bərdə rayon Qullar kəndində anadan olmuşdur. Bərdə rayon Qullar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 Etibar qızı xx.xx.1992- ci ildə Bərdə rayon Qullar kəndində anadan olmuşdur. Bərdə rayon Qullar kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 Ramiz qızı xx.xx.1995- ci ildə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd İnzubati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 59 saylı 23.01.2021-ci il tarixli Arayışdan görünür ki, Əliyeva X1 rayon Qullar kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İİ № 120218 saylı Ölüm haqqnda Şəhadətnamənin surətindən görünür ki, X8 10.11.2006-cı ildə vəfat etmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin AA№ 551142 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Bərdə rayon Qullar kəndində yerləşən 1.4436 ha torpaq sahəsi sahəsinin hüquq sahibi İddiaçı1 qızıdır. Mülki işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-109 kod 61023058 saylı Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Qullar kənd sakini İddiaçı1 qızının, X4, İddiaçı2 qızının, İddiaçı3 Etibar qızının və Əliyeva Səriyyə Ramiz qızının mülkiyyətinə 1.44 ha torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 25.01.2021-ci il tarixli 121 saylı məktubundan görünür ki, İddiaçı1 qızı ilə Cavabdeh arasında Bərdə rayon Qullar kəndində yerləşən 0.57744 ha torpaq sahəsinin satılmasına diar 19.01.2021-ci il tarixdə bağlanmış 4Ə-115 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan pul məbləği alıcı tərəfindən satıcıya ödənilməsi üçün notariusun bankda olan depozit hesabına qoyulmamışdır. Mülki işə əlavə edilmiş AN-İ № ******* saylı 19.01.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Əliyeva X1 rayon Qullar kəndində yerləşən ümumi sahəsi 1.4436 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus olan 0.57744 ha hissəsini Cavabdeh oğluna 2500 manata satmışdır. Mülki işə əlavə edilmiş AN-İ № ******* saylı 19.01.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İddiaçı2 qızı, İddiaçı3 Etibar qızı və İddiaçı4 Ramiz qızı Bərdə rayon Qullar kəndində yerləşən ümumi sahəsi 1.4436 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus olan- İddiaçı2 qızı 1/5 hissə, 0.28872 ha), İddiaçı3 Etibar qızı 1/5 hissə, 0.28872 ha) və İddiaçı4 Ramiz qızı 1/5 hissə, 0.28872 ha hissələrini Cavabdeh oğluna 3500 manata satmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon X10 tərəfindən təsdiq olunmuş 11.07.2012-ci il tarixli Müqavilədən görünür ki, İddiaçı1 qızı özünün və uşaqlarının öhdəsində olan 1.45 ha torpaq sahəsinin 45 sot pay torpağını Cavabdeh oğluna 2700 manata satmışdır. Mülki işə əlavə edilmiş İddiaçı1 qızının ərizəsindən görünür ki, 2012-ci il tarixli müqavilə üzrə cavabdeh 2500 manat pul vermiş, 200 manat isə onun dəyərində qapı bağlayaraq alqı-satqı müqaviləsi üzrə borcunu bağlamışdır. Mülki işə əlavə edilmiş qəbzlərdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün ilk iddia və qarşılıqlı iddia üzrə 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998- ci il tarixli 09 saylı qərarı ilə Bərdə rayon Qullar kəndində 1.44 ha torpaq sahəsi İddiaçı1 qızının, X4, İddiaçı2 qızının, İddiaçı3 Etibar qızının və Əliyeva Səriyyə Ramiz qızının mülkiyyətinə verilmişdir. Bərdə rayon Qullar kəndində yerləşən paylı mülkiyyətdə ümumi sahəsi 1.44 ha olan torpaq sahəsinin 0.57744 ha hissəsini 19.01.2021-ci il tarixdə İddiaçı1 qızı 2500 manata, 19.01.2021-ci il tarixdə İddiaçı2 qızı 0.28872 ha, İddiaçı3 Etibar qızı 0.28872 ha və İddiaçı4 Ramiz qızı 0.28872 ha hissələrini Cavabdeh oğluna 3500 manata satmışdırlar. Həmin alqı satqı müqaviləsi 19.12.2005-ci il tarixdə Nazirlər Kabinetinin 231nömrəli qərarı ilə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişikliklər və əlavələr” haqqında Qərara əsasən həyata keçirilmişdir. Həmin Təlimatın 160.1-ci bəndinə görə, daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul məbləğindən (hazırda bu məbləğ 5500 manatdır) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir və notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir. Yəni satıcılar əmlakın qiymətini 5500 manatdan az satdığına görə notarusun depozit hesabına alıcı tərəfindən pul qoyulmamışdır. Həmçinin müəyyən edildi ki, Bərdə rayon X10 tərəfindən təsdiq olunmuş 11.07.2012-ci il tarixli Müqaviləyə əsasən, İddiaçı1 qızı özünün və uşaqlarının öhdəsində olan 1.45 ha torpaq sahəsinin 45 sot pay torpağını Cavabdeh oğluna 2700 manata satmışdır. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və X6 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi 3 hissədən: 19.01.2021-ci il tarixli AN-İ № ******* saylı və AN-İ № ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin onlara geri qaytarılması və naturada onlara təhvil verilməsi tələblərindən ibarətdir. Tələblər bir biri ilə qarşılıqlı surətdə əlaqəli tələb olduğundan qarşılıqlı surətdə hər birinə qiymət verilməklə nəticəyə gəlmək olar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər huquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında muqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət huququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə kecir. Mülki Məcəllənin 389.1-ci maddəsində müqavilənin anlayışı verilmişdir. Həmin anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq munasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yonəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 34-cü fəslində əqdin etibarsızlığına səbəb olan halların təsnifatını vermiş və həmin hallardan birinin mövcudluğu əqdin etibarsız hesab edilməsi üçün əsasdır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (Mülki Məcəllənin 390.1. və 405.1. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə edərək mövcud alqı-satqı müqavilələrini bağlamışlar. Məhkəmənin fikrincə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçılar əqdin etibarsızlığını onunla əsaslandırmışlar ki, cavabdeh pulu onlara verəcəyinə söz vermiş, lakin pulu onlara verməmişdir. Aldatmanın sübutu kimi məhkəməyə cavabdehin səs yazısı olan diski təqdim etmişlər. Lakin məhkəmə həmin disqə baxış keçirmiş müəyyən etməmişdir ki, tərəflər arasında pul danışığı olub. Ona görə də əqdin etibarsızlığını iddiaçılar sübut edə bilməmişlər. Belə olan halda ilk iddia tələbləri bir biri ilə əlaqəli olduğundan rədd olunmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçılardan 8700 manat məbləğində torpağın satışı ilə bağlı ödəniş olduğu məbləğin , 3000 manat torpağın münbitləşdirilməsi üçün xərclədiyi vəsaitin və 10000 manat mənəvi zərərin onlardan tutulmasına, hər iki tələbin eyni vaxtda icra edilməsinə dair tələb olmuşdur. İddiaçılardan 8700 manat məbləğində torpağın satışı ilə bağlı ödəniş olduğu məbləği cavabdeh onunla əsaslandırıb ki, hər üç alqı satqı müqaviləsi üzrə ümümi olaraq 8700 manat ödəmişdir. Məhkəmə qeyd edir ki, ilk iddia tələbi rədd olunduğundan qarşılıqlı iddia tələbi isə təmin olunacağı təqdirdə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh əsassız varlanmasına gətirib çıxara bilər. Belə ki, həm pulun tutulması, həm də torpaq sahəsinin onda qalması yolverilməz haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 3000 manat torpağın münbitləşdirilməsi üçün xərclədiyi vəsaitin tutulması ilə bağlı Cavabdeh hər hansı bir sübut təqdim etmədiyində həmin tələbdə təmin oluna bilməz. 10000 manat mənəvi zərərin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi bu tələbin irəli sürülməsinə səbəb olmuş iddia ilə birlikdə və yaxud belə iddia olmadan müstəqil, habelə cinayət mühakimə icraatı zamanı irəli sürülə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Göründüyü kimi cavabdeh mənəvi zərər çəkməsi ilə bağlı hər hansı sübut təqdim etməyib, həmin tələbi formal olaraq irəli sürmüşdür. Odur ki, mənəvi zərər tələbi də təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, hər iki iddia tələbi rədd olunduğundan hər iki tələbin eyni vaxtda icra edilməsi tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, hər iki iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu tərəflərə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar, qarşılıqlı iddia üzrrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, 3-cü şəxs Bərdə regional ASAN Xidmət mərkəzində notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpağın geri qaytarılması və naturada təhvil verilməsi” tələbinə dair iddiaları təmin olunmasın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 qarşı “iddiaçılardan 8700 manat məbləğində torpağın satışı ilə bağlı ödəniş olduğu məbləğin, 3000 manat torpağın münbitləşdirilməsi üçün xərclədiyi vəsaitin və 10000 manat mənəvi zərərin onlardan tutulmasına, hər iki tələbin eyni vaxtda icra edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-900/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-900/2021
21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver