Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-913/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X26 oğlunun, Ərizəçi və nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN- 155 KOD 61000078 olan şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən ona Bərdə rayonu, Mustafaağalı kəndində 2.90 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-155 KOD 61000078 olan şəhadətnamədə almışlar. Həmin şəhadətnamədə adı Ərizəçi olduğu hada X1 qeyd edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-155 KOD 61000078 olan şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərizəçinin qonşusudur. Ona kənd ərazisində həyətyanı torpaq sahəsi verilmişdir, torpağın sənədində adı səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Quliyeva Afət Əjdər qızı izahatında göstərdi ki, ərizəçinin qonşusudur. Ona kənd ərazisində həyətyanı torpaq sahəsi verilmişdir, torpağın sənədində adı səhv qeyd edilib. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-155 KOD 61000078 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən Bərdə rayonu Mustafaağalı kənd sakini X3 mülkiyyətinə 2.90 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 45 nömrəli, 07 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ilə X7 eyni şəxsdir. İş materiallarında olan AZ-İ 326416 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1994-cü ildə doğulmuşdur, atası X8, anası X4r. İş materiallarında olan Bərdə rayonu, Mustafaağalı kənd inzibati əərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 107 nömrəli, 27 aprel 2022-ci il tarixli arayıışdan müəyyən olunur ki, Ərizəçi Bədə rayonu, Mustafaağalı kəndində daimi yaşayır. İş materiallarında olan AZE 16040264 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Quliyev Qalib Allahverdi oğlu 25 yanvar 1965-ci ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuş, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15088589 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 08 yanvar 1964-cü ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuş, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 27 fevral 1971-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 17471204 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 31 may 1988-ci ildə doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15311692 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X22 13 mart 1990-cı ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında oln AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Qalib oğlu xx xxxxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan 318088 nömrəli arayışın surətindən müəyyən olunur ki, X23 31 may 1988-ci ildə doğulmuşdur, atası X8, anası X4r. İş materiallarında olan 278389 nömrəli arayışın surətindən müəyyən olunur ki, X24 19 mart 1990-cı ildə doğulmuş, atası X11, anası X4r. İş materiallarında olan XVİİİ-JQ 326416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1994-cü ildə doğulmuş, atası X8, anası X4r. İş materiallarında olan 373893 nömrəli çıxarışın surətindən müəyyən olunur ki, X8 və Bayramova Kamiilə Cəbrayıl qızı 10 iyun 1988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********67 nömrəli 31 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi Qalib oğlu JN 155 nömrəli şdövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-155 KOD 61000078 dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X3 adına verilmiş JN-155 KOD 61000078 torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X3 adına verilmiş JN-155 KOD 61000078 torpağın mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-913/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-913/2022
10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver