Məhkəmə qərarları › İş №2(021)-920/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-920/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-920/2021 29.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər X14 və Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyətə verilməsinə dair JN-473A KOD-61019018 saylı Şəhadətnamədə “X9” və “X5” əvəzinə müvafiq olaraq Ərizəçi və X13 qeyd olunmaqla, hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə onların ailə üzvlərinə, yəni X6, Əsədova Nazilə Muxtar qızına və Ərizəçi Muxtar qızına Bərdə rayon Xanərəb kəndində 0.20 ha torpaq sahəsi verilmişdir. Bu barədə verilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-473A KOD- 61019018 saylı Şəhadətnamədə Ərizəçi soyadı və adı yanlış olaraq “Əsədova Qələnfil”, mərhum anaları X3 ata adı isə “Süleyman” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişlər. Daha sonra ərizəçi X14 məhkəməyə ərizə təqdim edərək, Dövlət Aktında onun adında səhvlik olmadığından ona münasibətdə işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərlənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1964-cü Bərdə rayon Türkmən kəndində anadan olmuşdur. Bərdə rayon Türkmən kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 08932963 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X22 qızı 01.07.1958-ci ildə Bərdə rayon Türkmən kəndində anadan olmuşdur. Bərdə rayon Türkmən kəndində qeydiyyatdadır. İş materiallarında əlavə edilmiş AЭ № 398801 Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1964-cü ildə anadan olmuşdur. X4, anası X7r. İş materiallarına əlavə edilmiş İİ-ЖГ № 490143 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X17 ilə X13 02.08.1961-ci ildə Bərdə rayon VVAQ şöbəsinin Qaradəmirçi kənd sovetliyində 21 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əsədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-T № 001031 saylı Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 ilə X11 24.11.2003-cü ildə Bərdə rayon Qeydiyyat Şöbəsində 511 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş № 09-05\69 saylı 06.01.2021-ci il tarixli Arayışdan görünür ki, X13 28 dekabr 2005-ci ildə Bərdə rayon Xanərəb kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyətə verilməsinə dair JN-473A KOD- 61019018 saylı Şəhadətnamədən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.20 ha torpaq sahəsi Bərdə rayon Xanərəb kənd sakinləri X1, X22 qızının və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********52 nömrəli 12.01.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, X12 və X14 torpağın mülkiyyət hüququna dair JN-473A saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd icra nümayəndəliyi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli 17 saylı Arayışda qeyd olunmuşdur ki, mərhumə X3 Xanərəb kənd üzrə İcra Nümayəndəliyinin 2016-2020-ci illər üçün təsərrüfatbaşına uçot kitabının Xanərəb kəndinə aid kitabda onun adına 0.20 ha həyətyanı torpaq sahəsi və 1970-ci ildə tikilmiş 4 otaqlı fərdi yaşayış evi (ümumi sahəsi 112 kv.m, yaşayış sahəsi 96 kv.m) qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli 15 saylı Arayışda qeyd olunmuşdur ki, X21 qızı ilə Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yazılmış X16 qızı eyni adamdırlar. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.01.2021-ci il tarixli 14 saylı Arayışda qeyd olunmuşdur ki, Ərizəçi ilə Torpağa mülkiyyətə verilməsinə dair Şəhadətnamədə yazılmış X18 qızı eyni adamdırlar. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-473A KOD-61019018 saylı Şəhadətnamədə yanlışlıq olaraq Həsənova (Əsədova) Qələnfir Muxtar qızının adı– “X9” X3 ata adı “X5” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-473A KOD-61019018 saylı Şəhadətnamənin Həsənova (Əsədova) Qələnfir Muxtar qızına və X6 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-473A KOD-61019018 saylı Şəhadətnamənin Həsənova (Əsədova) Qələnfir Muxtar qızına və X6 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-473A KOD-61019018 saylı Şəhadətnamədə qeyd olunmuş mülkiyyətçi “X9” və “X5” yazılarının müvafiq olaraq Həsənova Qələnfir Muxtar qızına və X6 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar