Məhkəmə qərarları › İş №2(021)-925/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-925/2025

05.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-925/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək oğlu 10 noyabr 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu X6 10 noyabr 2006-cı il təvəllüdlüdür.O, serebral iflic xəstəliyindən əziyyət çəkir. Oğlunun ağır xəstəliyə görə ona 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı var. X10imət oğlunun köməksiz vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil. Öz davaranışlarını qavraya bilmir, onun fəaliyyət qabiliyyəti yoxdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, övladının daima yardıma ehtiyacı vardır, özünə qulluq etməsi mümkün deyil, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına istinad: Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.2006-cı ildə doğulmuşdur. İş materiallarında olan seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1979-cu ildə Bərdə rayonu Məmmədli kəndində doğulmuş, həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin X1 Sistemi sosial müavinat və təqaüd haqqında arayışından görünür ki, X6 İ qrup əlilliyə görə müavinat alır və əmək qabiliyyətsizdir. Bərdə rayon Məmmədli kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ901161 nömrəli, 14 fevral 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 noyabr 2006-cı il tarixdə anadan olmuş, atası Ərizəçi, anası X4 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 14 fevral 2007-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-925/2025 saylı,13 fevral 2025-ci il tarixli qərardadına əsasən Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş 207 saylı, 08 may 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sənədlərdən göründüyü kimi, ərizəçinin oğlunun fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar müəyyən edilmiş, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair Ərizəçi ərizəsi təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi (Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar