Məhkəmə qərarları › İş №2(021)-931/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-931/2022

10.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-931/2022 10.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X47 oğlunun, Ərizəçi Mehdi oğlunun iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi Mehdi oğlu ərizə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarı əsasında verilmiş JN 0003 nömrəli 61004028 kodlu torpğa mülkiyyət hüququna dair Dövlət Aktında anasının ata adının “Məmmədova Həcər Əli qızı” kimi səhv göstərilməsi və onun ata adının sənədlərdə olduğu kimi “X17” olması nəzərə alınaraq Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Mehdi oğlu ərizəsini onunla əsaslandırmışlar ki, X17 onun doğma anasıdır, anası X18 onun doğma anasıdır. X43 1929-cu ildə anadan olmuş 08 may 2000-ci ildə kəskin ürək qan damar çatışmamazlığı xəstəliyindən ölmüşdür. X5 19 mart 2003-cü ildə ölmüşdür. X5 və anası X17 dünyalarını dəyişənə qədər Bərdə rayonu, Arabaçılar kəndində onunla birlikdə yaşamışdırlar. Mərhumə anasının adı Həcər atasının adı İsgəndər, soyadı isə Məmmədovadır. Bu ad və ata adı onun ölüm haqqında şəhadətnaməsində və digər sənədlərdədə yazılmışdır. Butun sənədlərdə ad, ata adı və soyadı X3 qeyd olunmuşdur. Bərdə rayonu Aqrar istehsalat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarı ilə mərhum X5ndan, anası X4, bacısı X12 və ondan ibarət ailə üzvlərinə Bərdə rayonu, Arabaçılar kənndində yerləşən 1,12 hektar kənd təsərüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən onlara JN-003 nömrəli Kod 61004028 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında anası X17 olmasına baxmayaraq, Dövlət aktının 2-ci vərəqəsində səhvən anasının ata adı “Əli” kimi qeyd edilmişdir və Dövlət aktında adı, ata adı və soyadı “ X34” kimi qeyd olunmuşdur. X2 və anası X20 hazırda ölmüşdürlər ona görə də o, atası və anasından miras qalan həmin kənd təsərüfatı təyinatlı torpaq sahəsini qəbul edib və mülkiyyət hüququna dair Çıxarış almaq istəyir. Ancaq Torpağa Mülkiyyət hüququna dair JN 003- KOD 61004028 olan Dövlət aktında anası X6 ata adının düzgün qeyd edilməməsi onun üçün bir sıra çətinliklər yaradır və gələcəkdədə çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublkiası Əmlak X16 yanında DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müracitə edib. Lakin DƏDRX-nin 25 yanvar 2022-ci il tarixli **********91 nömrəli məktubunda göstərilmişdir ki, onlara və ailə ailə üzvlərinə məxsus olan Bərdə rayonu Arabaçılar kəndində yerləşən 1,12 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə Torpağa mülkiyyət hüququna dair JN0003 nömrəli 61004028 kodlu Dövlət X1 hansı səbəbdən səhv olaraq X15 yazılması onlara məlum deyildir. Həmin səhvin düzəldilməsi xidmətin 7 saylı bərdə Ərazi idarəsinin səlahiyyətinə aid deyildir. Sözügedən məsələnin araşdırılaraq düzəldilməsi üçün adiyyatı olaraq Məhkməməyə müraciət etməyimiz məqsədə uyğun olardı. O, qeyd edilən Dövlət aktında mərhumə anasının ata adının düzgün qeyd edilməsini başqa yolla əldə edə bilmir. Ona görə də Torpağa mülkiyyət hüququna dair Dövlət aktında mərhum anası X6 ata adının səhv yazılması nəticəsində onun hüquqları pozulmuşdur və məcbur olub məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 izahatında göstərdi ki, ərizəçinin qonşusudur. Onlara kənd ərazisində torpaq sahəsi verilmişdir, torpağın sənədində anasının ata adı səhv qeyd edilib, anasının adı X8r, sənəddə isə X34 yazılıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X35 izahatında göstərdi ki, ərizəçi ilə qonşu olmaqla həmkəndlidir, Elmanın anasının adı X8r. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa Mülkiyyət Hüququna dair JN-003 KOD ********* saylı dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarına əsasən Bərdə rayonu Arabaçılar kənd sakini X9, X23, X14, Ərizəçi Mehdi oğlunun mülkiyyətinə 1.12 hektar kənd təsərrüfat məhsulları istehsalı üçün pay torpaq sashəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 68 saylı, 28 yanvar 2022-ci i tarixli arayışın surətindən müəyyən olunur ki, Ərizəçi Mehdi oğlu Bərdə rayonu, Arabaçılar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 413 saylı, 17 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X34 ilə X17 eyni şəxsdir. İş materiallarında olan AZ-T 137918 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx xxxxxx 1970-ci ildə doğulmuşdur, atası X24, anası Məmmədova Həcər İsgəndər qızıdır. İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 16 noyabr 1966-cı ildə doğulmuş, atası X26, anası Mamedova Həcər İisgəndər qızıdır. İş materiallarında olan AZE 17974812 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X29 16 oktyabr 1966-cı ildə Bərdə rayonu, Arabaçılar kəndində doğulmuş, Bərdə rayonu, Nəzirli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ İ 058186 nömrəli arayşdan müəyyən olunur ki, Məmmədova Həcər İsgəndər qızı 08 may 2000-ci ildə ölmüşdür. İş materiallarında olan AZ İ 04655 nömrəli arayışdan müəyyən olunur ki, X22 19 mart 2003cü ildə ölmüşdür. İş materiallarında olan 354274 nömmrəli çıxarışdan müəyyən olunur ki, X22 ilə X21 01 fevral 1962-ci ildə rəsmi nikah qydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Mehdi oğlu xx xxxxxx 1970-ci ildə doğulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********91 nömrəli 25 yanvar 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN 0003 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, dövlt aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-0003, KOD 61004028 dövlət aktının X11 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X23 adına verilmiş JN-0003, KOD 61004028 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X11 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X23 adına verilmiş JN-0003, KOD 61004028 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X11 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar