Məhkəmə qərarları › İş №2(021)-950/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-950/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-950/2021 17.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi İsrəfil qızının, X5, X3 və X4 nümayəndələri və vəkili X19 iştirakı ilə, Ərizəçilər Ərizəçi İsrəfil qızının, X5, X3 və X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi İsrəfil qızı , X23 , X20 və X21 ərizə ilə məhkəməyə müraciət edərək, JN-313 KOD-61000068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12.06.1997ci il tarixli 14 nömrəli qərarı ilə onların ailə üzvlərinə 5.10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-313 KOD-61000068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir. Həmin Aktda onların soyadları və ata adları yanlışlıq olaraq Ərizəçi İsrəfil qızı- “X24”, X23- “Məmmədov Elnur Mədət oğlu”, X20- “X25” və X33 -“Məmmədov Hacəli Mədət oğlu”kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması onlara bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi İsrəfil qızının, X5, X3 və X4 nümayəndələri və vəkili X19 ərizədə göstərlənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 13.08.1987- ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE № 15089189 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 27.10.1988- ci ildə Bərdə rayon Məmmədli kəndində anadan olmuşdur. Bərdə rayon Məmmədli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.08.2020-ci il tarixli № 255607 saylı Çıxarışdan görünür ki, X14 ilə X27 29.10.1974-cü ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Qarayev, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş № 143713 saylı Arayışdan görünür ki, X14 08.12.1994-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.08.2020-ci il tarixli, №294362 saylı Arayışdan görünür ki, Ərizəçi İsrəfil qızı 08.10.1977-ci ildə anadan olmuşdur. X1, anası X15r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.08.2020-ci il tarixli, №407159 saylı Arayışdan görünür ki, Qarayev Elnur İsrəfil oğlu 22.03.1982-ci ildə anadan olmuşdur. X1, anası X15r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.08.2020-ci il tarixli, №143713 saylı Arayışdan görünür ki, X20 13.08.1987-ci ildə anadan olmuşdur. X1, anası X15r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.07.2020-ci il tarixli, №318587 saylı Arayışdan görünür ki, Qarayev Hacəli İsrəfil oğlu 27.10.1988-ci ildə anadan olmuşdur. X1, anası X15r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.08.2020-ci il tarixli № 121461 saylı Çıxarışdan görünür ki, X6 ilə X20 10.01.2005-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-313 KOD-61000068 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12.06.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 5.10 ha torpaq sahəsi Bərdə rayon Məmmədli kənd sakinləri X7, X8, Məmmədov Elnur Mədət oğlunun, X9 və Məmmədov Hacəli Mədət oğlunun oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçilər tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-313 KOD- 61000068 saylı Dövlət Aktında yanlışlıq olaraq Ərizəçi İsrəfil qızı- “X24”, X23- “Məmmədov Elnur Mədət oğlu”, X20- “X25” və X21- “Məmmədov Hacəli Mədət oğlu” nun kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-313 KOD-61000068saylı Dövlət Aktının Ərizəçi İsrəfil qızına, X17, X11 və X12 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-313 KOD- 61000068 saylı saylı X31 Aynur İsrəfil qızına, X17, X11 və X12 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-313 KOD-61000068 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçilər “X24”, “Məmmədov Elnur Mədət oğlu”, “X25” və “Məmmədov Hacəli Mədət oğlu” yazılarının müvafiq olaraq Ərizəçi, X18, X11, X12 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar