Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-968/2022 21.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X10 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komissiyasının 04.05.1999-cu il tarixli 05 saylı qərarı əsasında DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən verilmiş JN-299 nömrəli 61010028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında “X8” kimi adının səhv göstərilməsi və adının şəxsiyyət vəsiqəsində olduğu kimi “Ərizəçi” olması nəzərə alınaraq Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1981-ci ildə Bərdə rayonu, Piyadalar kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. Onun adı «Malik», ata adı «Məcid», soyadı «Fərzəliyev»dır, bu ad ilə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi də almışamdır. Həmçinin nikah haqqında şəhadətnaməsində və digər sənədlərdə də adı «Malik» yazılmışdır. Bütün sənədlərində ad, ata adı və soyadı Ərizəçi kimi qeyd olunmuşdur. Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə mərhum X1 və o, Ərizəçi ibarət ailə üzvləri ilə Bərdə rayonu, Piyadalar kəndində yerləşən 0,57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qərar əsasında DTXK-nin Bərdə rayon şöbəsi tərəfindən onlara JN-299 nömrəli KOD 61010028 olan torpağın mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktındə o, Ərizəçi olmasına baxmayaraq, Dövlət aktının 2-ci vərəqəsində səhvən adı «Məmiş» kimi göstərilmiş və Dövlət aktında adı, ata adı və soyadı «X8» kimi yazılmışdır. X1 01 oktyabr 2015-ci ildə ölmüşdür. Hazırda atasından miras qalan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etmiş və mülkiyyət hüququna dair Çıxarış almaq istəyir. Ancaq Torpağa mülkiyyət hüququna dair JN-299 KOD 61010028 olan Dövlət aktında adının düzgün qeyd edilməməsi onun üçün bir sıra çətinliklər yaradır və gələcəkdə də çətinliklər yaradacaqdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin DƏDRX-nin 02.11.2021-ci il tarixli **********87 nömrəli məktubunda göstərilmişdir ki, onlara və ailə üzvlərinə məxsus Bərdə rayonu, Piyadalar kəndində yerləşən 0,57 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə Torpağa mülkiyyət hüququna dair JN-299 nömrəli 61010028 kodlu Dövlət Aktında Ərizəçi hansı səbəbdən səhv olaraq X2 yazılması onlara məlum deyildir. Həmin sənədin vətəndaşa məxsus olması faktının təsdiq edilməsi, eyni zamanda həmin səhvin düzəldilməsi xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. O, qeyd edilən Dövlət aktında adının düzgün qeyd edilməsini başqa yolla əldə edə bilmir. Ona görə də Torpağa mülkiyyət hüququna dair Dövlət aktında adının səhf yazılması nəticəsində onun hüquqları pozulmuşdur və məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X14, X6 və X3 ifadə verərək göstərmişlər ki, Torpağa mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi adı səhvən Məmiş kimi qeyd edilmişdir. Əslində isə ərizəçinin adı Malik olmuşdur. İş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-299 №-li 61010028 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 nömrəli qərarına əsasən Bərdə rayonu Piyadalar kənd sakinləri X4 və X5 ümumi mülkiyyətinə 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Kətəlparaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2015-ci il tarixli AZ-İ 712898 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 01.10.2015-ci ildə ölmüşdür. İş materiallarında olan Vİİİ-ЖГ 395994 saylı 29 iyul 1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1981-ci ildə Bərdə rayonunda anadan olmuşdur, ata qrafasında atası kimi X9, ana qrafasında anası kimi X11 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 904 saylı 20 oktyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Torpağa mülkiyyət hüququna dair JN-299 kod 61010028 saylı Dövlət aktında vətəndaşın adı səhv olaraq X8 yazılmışdır. Əslində isə adı Ərizəçidur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********44 nömrəli 09 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-299 saylı dövlət aktında adının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-299, KOD 61010028 saylı Dövlət aktının X7 və Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X4 və X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-299 KOD 61010028 saylı Dövlət aktının X7 və Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X4 və X5 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-299 KOD 61010028 saylı Dövlət aktının X7 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-968/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-968/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver