Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-981/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi2 iştirakları ilə, Ərizəçilər X1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər X4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Torpağa mülkiyyətə verilməsinə dair JN-171 KOD ******* olan Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər X4, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə Rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə 03 mart 1999-cu ildə verilmiş JN-171 KOD- 61000118 Dövlət aktında Bərdə Əərazi İdarəsi tərəfiindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında sənədində onların soyadı yanlış olaraq Gülməmmədov əvəzinə səhv olaraq Əhməov kimi qeyd edilmişdir. Səhvin düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsələrdə, həmin nöqsanın aradan qaldırılması səlahiyyətinin məhkməyə aid olduğunu bildirmişlər. Məhkəmə iclasında Ərizəçi4 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçilər X2, Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, laki onlar məhkəməyə gəlməmişlər. Məhkəmə işə ərizəçilər X1, Ərizəçi2 və Ərizəçi3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərizəçilərin qohumudur. Onlara kənd ərazisində torpaq sahəsi verilmişdir, torpağın sənədində soyadları səhv qeyd edilib. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, ərizəçilərin qohumudur. Onlara kənd ərazisində torpaq sahəsi verilmişdir, torpağın sənədində soyadları səhv qeyd edilib. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə hüququna dair JN-171 KOD 61000118 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998ci il 19 yanvar tarixli 01 saylı qərarına əsasən Bərdə rayonu Şahvəlilər kənd sakini X7, X9, X10, X11 mülkiyyətinə 1.81 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şahvəlilər kənd inzibati dairəsi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 19 nömrəli, 12 yanvar 2022-ci il tarixli arayışdan müyyən olunur ki, X4 ilə, X15 eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şahvəlilər kənd inzibati dairəsi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 59 nömrəli, 28 mart 2022-ci il tarixli arayışdan müyyən olunur ki, Ərizəçi4, Bərdə rayonun Şahvəlilər kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şahvəlilər kənd inzibati dairəsi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 60 nömrəli, 28 mart 2022-ci il tarixli arayışdan müyyən olunur ki, Ərizəçi3, Bərdə rayonun Şahvəlilər kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Şahvəlilər kənd inzibati dairəsi üzrə ərazi nümayəndəliyi tərəfindən verilmiş 61 nömrəli, 28 mart 2022-ci il tarixli arayışdan müyyən olunur ki, Ərizəçi2, Bərdə rayonun Şahvəlilər kəndində yaşayır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxxx 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AA3742566 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxx 1992-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1988-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx xxxx 1959-cu ildə Bərdə rayonu, Şahvəlilər kəndində doğulmuşdur, Bərdə rayonu, Şahvəlilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 16795950 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 25 yanvar 1967-ci ildə Sabirabad kəndində doğulmuş, Bərdə rayonu, Şahvəlilər kəndidə qeydiyyatdadır. İş materiallarında olan AZE 16857734 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 20 iyul 1977-ci ildə Bərdə rayonu, Şahvəlilər kəndində doğulmuş, Bərdə rayonu Şahvəlilər kəndində qeydiyyatdadır. İş materiallarında olan 353579 nömrəli çıxarışdan müəyyən olunur ki, X5 ilə X18 12 dekabr 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, nikahdan sonra arvada Gülməmmədova soyadı verilmişdir. İş materialında olan İİİ-JQ 353579 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X18 12 dekabr 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar, nikahdan sonra arvada Gülməmmədova soyadı verilmişdir. İş materiallarında olan Xİİİ-JQ 318523 nömrəli doğum haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1988-ci ildə anadan olmuşdur, atası X3, anası Ərizəçi1dır. İş materiallarında olan Xİ-JQ 331825 nömrəli doğum haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxxx 1985-ci ildə anadan olmuşdur, atası X3, anası Ərizəçi1dır. İş materiallarında olan AZ-İİİ 16832 nömrəli doğum haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx xxxxxx 1992-ci ildə anadan olmuşdur, atası X3, anası Ərizəçi1dır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********791 nömrəli 08 dekabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçillər X4, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 JN 171 nömrəli Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-171, KOD 61000118 Torpğın mülkiyyətə veriməsinə dövlət aktının X2, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X7, X9, X10, X11 adına verilmiş JN-171, KOD 61000118 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının X2, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X7, X9, X10 və X11 adına verilmiş JN-171, KOD 61000118 torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Bərdə Rayon Məhkəməsinin 2(021)-578/2022 saylı 30 mart 2022-ci il tarixli qətnaməsi icra edilməsi üçün sizə göndərilir. Qoşma: Qətnamənin surəti “03” vərəqə. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-981/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-981/2022
05.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver