Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-984/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X* iştirakı ilə, İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi Dairəsi, Cavabdeh2 və LPO "xxxx" ASC-yə qarşı “22.06.20*2-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi Dairəsi, Cavabdeh2 və LPO "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha torpaq sahəsinin LPO "xxxx" ASC-yə satılması barədə 22.06.20*2-ci il tarixli, NY-895 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə Bərdə rayonu, Qaradəmirçi kəndində 4,87 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsini hazırda istifadə edirlər. Torpaq sahəsinə görə dövlət tərəfindən verilən subsidiyanı hər il davamlı olaraq almışdır. Bu yaxınlarda ona subsidiyanın verilmədiyini gördükdə maraqlandı və ona bildirdilər ki, sözügedən torpaq sahəsi özgəninkiləşdirilmişdir. Onların ailəsinə məxsus Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4,87 ha torpaq sahəsi hansısa qurum tərəfindən qiymətləndirilmiş, naməlum hərrac komissiyası tərəfindən hərraca çıxarılmış və "xxxx" ASC tərəfindən 22.06.20*2-ci il tarixdə alınmışdır. Əmlaklarının xəbərləri olmadan aşağı qiymətə qiymətləndirilməklə naməlum hərrac komissiyası tərəfindən hərraca çıxarılması və "xxxx" ASC tərəfindən alınması ciddi qanun pozuntusudur. Məhkəmə prosseslərinin olmasından, iş üzrə qətnamə çıxarılmasından, icra vərəqəsinin verilməsindən heç bir məlumatları olmamışdır. O hesab edir ki, lazımi qaydada xəbərdar olunmadığından və aşağı qiymətə qiymətləndirilərək torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və alqı-satqısı barədə müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi idarəsinə müraciət edərək yuxarıda qeyd edilən ona məxsus torpaq sahəsinin hansı sənədlər əsasında hərraca çıxarılması və həmin sənədlərin təsdiqlənmiş surətini tələb etsə də, sözügedən idarə tərəfindən onlara yalnız yazılı məlumat verilmişdir ki, “sorğuda qeyd edilən İddiaçı və onun ailə üzvlərinin adına olmuş Bərdə rayonu, Qardəmirçi kəndində yerləşən 4.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 05.09.20*2ci il tarixli, *8*2005023 qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin Bərdə filialının adına hərracın yekunları barədə 22.06.20*2-ci il tarixli, NY-895 nömrəli protokoluna və eyni tarixli alqısatqı müqaviləsinə əsasən DƏDR-də qeydiyyata alınmışdır. İş üzrə əhəmiyyət kəsb edən sənədlərin əldə edilməsi üçün isə yalnız məhkəmənin sorğusuna cavab verə bilərlər.” Bundan sonra aidiyyatı üzrə məhkəməyə, icra və probasiya şöbəsinə və LPO "xxxx" ASCyə müraciət etsə də, onlarda da hərracın keçirilməsi ilə bağlı hər hansı bir qətnamə, icra vərəqəsi və ya digər bir sənədin olmadığını onlara rəsmi olaraq bildirdilər. Bu səbəbdən də sözügedən hərracın keçirilməsinə əsas olmuş sənədlərin alınması üçün məhkəmə sorğusuna ehtiyac vardır. Hərracın keçirilməsi barədə ona heç bir məlumat verilmədiyindən hesab edir ki, qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi (vəkili) X4 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Bundan başqa iddiaçı yazılı vəsatətlə hərracın keçirilməsi və alqı-satqı müqaviləsinin bağlanmasına dair sənədlərin alınması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının yazılı vəsatətini nəzərə alaraq həmin sənədlərin alınması üçün aidiyyatı quruma müraciət ünvanlamışdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) *85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*954-cü ildə Bərdə rayonu, Qaradəmirçi kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradəmirçi kənində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05.0*.2023-cü il tarixli, 02 nömrəli arayışdan görünür ki. İddiaçı Bərdə rayonu, Qaradəmirçi kənində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan *04365354 nömrəli qəbzdən görünür ki, İddiaçı *0*.00 AZN ödəyib. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı 487 (dörd yüz səksən yeddi) ABŞ Dolları kredit ödəmişdir. İş materiallarında olan 30.**.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 487(dörd yüz səksən yeddi) ABŞ Dolları kredit ödəmişdir. İş materiallarında olan 28.*0.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 380 (üç yüz səksən) ABŞ dolları 20 sent ödəmişdir. İş materiallarında olan *9.05.20*0-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 247 (iki yüz qırx yeddi) ABŞ dolları ödəmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 36* (üç yüz altmış bir) ABŞ dolları 90 sent ödəmişdir. İş materiallarında olan 28.*0.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı *06 (bir yüz altı) ABŞ dolları 80 sent ödəmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı *25 (bir yüz iyirmi beş) ABŞ dolları *0 sent ödəmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********48 saylı bildirişdən görünür ki, sənədlərin icrasına baxılan zaman məlum olmuşdur ki, keçmiş DT və XK-nın tərtib etdiyi JN-0007 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 4.87 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış və 2*.07.2009-cu il tarixində çıxarışla rəsmiləşdirilmişdir. 7 saylı BƏİ arxiv məlumatlarına əsasən həmin torpaq sahəsi bankın xeyrinə yüklü edilmiş və sonra isə özgəninkiləşmişdir. Bu səbəbdən də ərizələrin icrasına imtina verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22.*2.2022-ci il tarixli, **********76 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd edilən İddiaçı və onun ailə üzvlərinin adına olmuş Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 05.09.20*2-ci il tarixli, *8*2005023 qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin Bərdə filialının adına hərracın yekunları barədə 22.06.20*2-ci il tarixli, NY- 895 nömrəli protokoluna və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən, İddiaçı və onun ailə üzvlərinin adına Bərdə rayonu, Qaradəmirçi kəndində 0,*6 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-2*-3-46/2-*582/2023 nömrəli məlumatların təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan İddiaçı və onun ailə üzvlərinin istifadələrinə verilmiş Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş 05.09.20*2-ci il tarixli, *8*2005023 qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin Bərdə filialının mülkiyyətinə keçməsinə səbəb olan hərracın yekunları barədə 22.06.20*2-ci il tarixli, NY-895 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin surətləri məhkəməyə təqdim edilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının: *3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanununun 6*.*-ci və 6*.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 4*.*-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 4*4.*-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 4*4.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 4*5.*-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 4*5.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 4*.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanununun 42.*-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanununun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*6-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. MM-in 4*6.*-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 4*6.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. MM-in 3*9.*-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.*2.2008-ci il tarixli qərarında MM-in 4*5.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. MM-in 337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İş materiallarından görünür ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Əgər həmin müddət iddiaçı tərəfindən məhkəmədə sübut edilsəydi bu zaman kəsici müddətin tətbiqi məsələsi məhkəmə tərəfindən həll edilməli idi. Kəsici müddətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 202*-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il *2 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Məhkəmə qeyd edir ki, hərracın təşkilatçısı olan "xxxx" MMC-nin vəzifəsi “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etməklə hərracın keçirilməsi olmuşdur. İşdən də müəyyən edilir ki, hərracın təşkilatçısı iddiaçıya məxsus əmlakın açıq hərracda satan zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə əməl etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəsi gedən əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsi, onu udan şəxsin müəyyənləşdirilməsi, behə dair məlumatlar öz əksini tapmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallar əsassız olmaqla heç bir mötəbər və tutarlı sübutlarla öz təsdiqini tapmamış, iddiaçı iddiasında göstərdiyi hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş və sübut edə bilməmiş, habelə hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin, normativ hüquqi aktların, ümumiyyətlə qanuvericiliyin tələbləri pozulmadığından, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*6-cı maddəsinə əsasən hərracın etibarsız sayıla bilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin, 22.06.20*2-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsızlığı ilə bağlı uzun illər sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi, Mülki Məcəllənin 6-cı maddəsində müəyyən edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi, mülkiyyətin toxunulmazlığı, hüquqi müəyyənlik prinsipinə, eyni iş üzrə iddialara məhkəmə müstəvisində təkrar baxılmasının yolverilməzliyi, mülki dövriyyənin sabitliyi və davamlılığı prinsiplərinə zidd olmaqla, həmçinin mübahisə predmeti olmaqla keçirilən hərrac nəticəsində Bərdə rayonu, Qaradəmirçi kəndində 4.87 ha torpaq sahəsinə mülkiyyət hüququ əldə etmiş şəxs və ya şəxslərin mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər ki, bu da məhkəmə tərəfindən yolverilməz hesab edilir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə *994-cü il *9 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin *-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.*2.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3* may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” *9 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin *-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in *24.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Cavabdeh2, "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən *(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-984/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-984/2023
12.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver