Məhkəmə qərarları › İş №2(021)-987/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-987/2022

19.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-987/2022 19.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X30 oğlunun, Ərizəçilər X1, Ərizəçi2 İsmayıl oğlunun, Cümşüdova İfadə İsmayıl qızının iştirakları ilə, Ərizəçilər X1, Ərizəçi2 İsmayıl oğlunun, Cümşüdova İfadə İsmayıl qızının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər X5, Ərizəçi2 İsmayıl oğlu, Cümşüdova İfadə İsmayıl qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 61000028 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər X5, Ərizəçi2 İsmayıl oğlu, Cümşüdova İfadə İsmayıl qızı ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 01 avqust tarixli 09 saylı qərarına əsasən onlara ailə üzvüləri ilə birlikdə Bərdə rayonu, Bəcirvəan kəndində 0.08 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 61000028 olan şəhadətnamədə almışlar. Həmin şəhadətnamədə ata adlarında, soyadlarında, adlarında və cinslərində səhvlik olmuşdur. Belə ki, Ərizəçi1 əvəzinə- Ərizəçi1 İmran qızı, Cümşüdova (Abdullayeva) İfadə İsmayıl qızı olduğu halda- X11, Ərizəçi2 olduğu halda-X3 qeyd edilib. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-165A KOD 61000028 olan şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçilər X5, Ərizəçi2 İsmayıl oğlu, Cümşüdova İfadə İsmayıl qızı ərizələrini müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-165A KOD 61000028 saylı şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1997ci il 01 avqust tarixli 09 saylı qərarına əsasən Bərdə rayonu Bəcirəvan kənd sakinləri X4, Abdullayeva Bənövşə İmran qızının, X6, X7, X8 mülkiyyətinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, İV 358890 saylı, 14 noyabr 1987-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X12 arasında bağlanmış nikah 11 noyabr 1987-ci il tarixdə 23 saylı akt qeydi ilə qeydiyyata alınmışdır, nikahdan sonra arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Xİİİ-JQ 319539 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 02 iyul 1988-ci ildə doğulmuşdur, atası X9, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş XİV-JQ 371345 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx xxxxxxxx 1989-cu ildə doğulmuşdur, atası X9, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş AZ030859 371345 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 25 yanvar 1982-ci ildə doğulmuşdur, atası X15, anası Abdullayeva Samaya Səlim qızıdır. İş materiallarına əlavə edilmiş XVİİİ-JQ 327010 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxxxxx 1993-cü ildə doğulmuşdur, atası X9, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş XİV-JQ 371345 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx xxxxxxxx 1989-cu ildə doğulmuşdur, atası X9, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş AZ09796911 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx xxxxx 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxxxx 1989-cu ildə doğulmuşdur, Kəlbəcər rayonu, Ziveli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Abdullayeva Bənövşə Nəriman qızı xx xxxxx 1968-i ildə Kəlbəcər rayonunda doğulmuş, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Şahmalıyev Şəmsi İsmayıl oğlu xx xxxxxxx 1993-cü ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 nömrəli, 15 fevral 2022-ci il tarixli arayışdan məlum olur ki, Ərizəçi1 Bərdə rayonu Bəcirəvan kəndində yaşayır, Ərizəçi1 ilə Ərizəçi1 İmran qızı eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31 nömrəli, 15 fevral 2022-ci il tarixli arayışdan məlum olur ki, Ərizəçi2 Bərdə rayonu Bəcirəvan kəndində yaşayır, Ərizəçi2 ilə Ərizəçi2 qızı eyni şəxsdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 32 nömrəli, 15 fevral 2022-ci il tarixli arayışdan məlum olur ki, Ərizəçi3 Bərdə rayonu Bəcirəvan kəndində yaşayır, Ərizəçi3 ilə X11 qızı eyni şəxsdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********5 nömrəli 09 fevral 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 JN 165A nömrəli şəhadətnamədə səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN-165A, KOD 61000028 şəhadətnamənin X2, Ərizəçi2 İsmayıl oğluna, Cümşüdova İfadə İsmayıl qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X4, Abdullayeva Bənövşə İmran qızının, X6, X7, X8 adına verilmiş JN-165A, KOD 61000028torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X2, Ərizəçi2 İsmayıl oğluna, Cümşüdova İfadə İsmayıl qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X2, Ərizəçi2 İsmayıl oğluna, Cümşüdova İfadə İsmayıl qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edilidiyindən ərizə təmin edilməli, X4, Abdullayeva Bənövşə İmran qızının, X6, X7, X8 adına verilmiş JN-165A, KOD 61000028 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 İsmayıl oğluna və Cümşüdova İfadə İsmayıl qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar