Məhkəmə qərarları › İş №2(021)-993/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-993/2023

06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-993/2023 06.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi,Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi, digər ərizəçilər Ərizəçi2 Vı̇ dadi qızının, Ərizəçi3, İ̇badov Namı̇ q Vı̇ dadi oğlunun nümayəndəsi olan Qabı̇ lzadə Qabı̇ l Vı̇ dadi oğlunun iştirakı ilə, Ərizəçilər Qabı̇ lzadə Qabı̇ l Vı̇ dadi oğlunun, Ərizəçi2 Vı̇ dadi qızının, Ərizəçi3, İ̇badov Namı̇ q Vı̇ dadi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Qabı̇ lzadə Qabı̇ l Vı̇ dadi oğlu və qeyriləri ərizə ilə məhkəməyə müraciət edərək, JN-0044 KOD 61023048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizəçi, digər ərizəçilər Ərizəçi2 Vı̇ dadi qızının, Ərizəçi3, İ̇badov Namı̇ q Vı̇ dadi oğlunun nümayəndəsi olan Qabı̇ lzadə Qabı̇ l Vı̇ dadi oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək, tələbin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi adiyyəti üzrə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, ərizəçi, digər ərizəçilərin nümayəndəsi olan Qabı̇ lzadə Qabı̇ l Vı̇ dadi oğlu Laçın rayonu Təzəkənd kəndində qeydiyyatda olsa da, hazırda ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM-nin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçilər Qabı̇ lzadə Qabı̇ l Vı̇ dadi oğlunun, Ərizəçi2 Vı̇ dadi qızının, Ərizəçi3, İ̇badov Namı̇ q Vı̇ dadi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinə dair 2(021)- 993/2023 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 44,45,309-cu maddələrini əldə rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçilər Qabı̇ lzadə Qabı̇ l Vı̇ dadi oğlunun, Ərizəçi2 Vı̇ dadi qızının, Ərizəçi3, İ̇badov Namı̇ q Vı̇ dadi oğlunun maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinə dair 2(021)-993/2023 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar