Məhkəmə qərarları › İş №2(021)-994/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-994/2021

09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-994/2021 09.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 20 nömrəli qərarı ilə ona və ailə üzvləri ilə birlikdə Tərtər rayon İrəvanlı kəndində yerləşən 0.24 ha torpaq sahəsinə verilmiş verilmiş JN-065A KOD-61112048 saylı Torpağa mülkiyyət hüuquqna dair Dövlət Aktının ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli 20 nömrəli qərarı ilə ona və ailə üvzlərinə Tərtər rayon İrəvanlı kəndində 0.24 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-065A KOD- 61112048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir. Həmin Aktda onun adı və ata adı yanlışlıq olaraq Ərizəçi qızı əvəzinə – “X16 qızı ” kimi qeyd olunmuşdur. Bu yanlışlığın olması ona bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizələrinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçi Ərizəçi qızı məhkəməyə ərizə təqdim edərək, JN-065A KOD- 61112048 saylı Torpağa mülkiyyət hüuququna dair Dövlət Aktının ona məxsus olması faktının müəyyən olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizədə göstərlənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi qızı 18.05.1984-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, Ərizəçi qızı Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsi ev 3, mənzil 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 30 saylı 01.02.2021-ci il tarixli Arayışdan görünür ki, Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsi ev 3, mənzil 2 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Xİİ-JQ № doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 qızı 18.05.1984-cü ildə Bərdə rayonunda anadan olmuşdur. X12, anası isə X7r. İş materiallarına əlavə edilmiş Xİ-JQ № 425771 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 qızı 25.08.1986-cı ildə Bərdə rayonunda anadan olmuşdur. X12, anası isə X7r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30.10.2007-ci il tarixli Arayışın surətindən görünür ki, X29 06.05.1995-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ № 401042 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X24 qızı 11.04.2008-ci ildə Bərdə rayon Qeydiyyat Şöbəsində 203 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-065A KOD- 61112048 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının 30.11.1998-ci il tarixli, 20 nömrəli qərarı ilə 0.24 ha torpaq sahəsi Tərtər rayon İrəvanlı kənd sakinləri X3, X1, X4, X5 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin **********32 nömrəli 28.02.2019-cu il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi qızı torpağın mülkiyyət hüququna dair JN-065A saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X10 tərəfindən verilmiş Arayışdan görünür ki, 18.05.1984-cü ildə anadan olmuş Ərizəçi aşağıdakı ailə üzvləri vardır: X18, X8, X14. Ağayev Ərşad Calal oğlu. İş materiallarında əlavə edilmiş 01.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-065A KOD-61112048 saylı Dövlət Aktında yanlışlıq olaraq Ərizəçi qızının adı– “X16” kimi qeyd edilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-065A KOD-61112048 saylı Dövlət Aktının Ərizəçi qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN- 065A KOD-61112048 saylı X23 Mehriban Musa qızına məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-065A KOD-61112048 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi “X16” yazısının Ərizəçi qızına məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar