Məhkəmə qərarları › İş №2(022)-1000/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1000/2024

25.07.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1000/2024 25.07.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə xx.xx.2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞL/MT014/2024-00765 saylı barışıq sazışınin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək ərizəsinə mahiyyəti üzrə baxılmasını istəmədiyini, ona görə də ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat (Mədaxil qəbzi № **********) dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar