Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-112/2023 16.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi1 İlyas qızının, Ərizəçi2 nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi1 İlyas qızı və Ərizəçi2 Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN -1448 seriyalı, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X8 aid hissədə Ərizəçi1 İlyas qızına və X6 hissədə Ərizəçi2 məxsus olması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Məmmədova X10 Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN -1448 seriyalı, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X8 aid hissədə Ərizəçi1 İlyas qızına və X6 hissədə Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar Rayon Aqrar islahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayon Nərimankənd kəndi ərazisində 0,06 hektar ölçüdə həyətyanı torpaq sahəsi və 1,05 hektar ölçüdə pay torpaq sahəsi, habelə həmin torpaq sahələrinə dair dövlət aktı və şəhadətnamə verilmişdir. X18 və şəhadətnamədə torpaq sahəsinin birgə mülkiyyətçisi qismində onunla yanaşı, onun ailəsinin daha 3 üzvünün də adı qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahələrində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onların adının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina edilir. Buna görə o, torpağa mülkiyyət hüququna dair JN -1448 seriyalı, 80807018 kodlu Dövlət Aktında və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənədlərdə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Buna görə də onun arvadı S.İ.Məmmədova və qızı Ərizəçi2 hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda, o, xahişinin təmin olunmasını, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN -1448 seriyalı, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X8 aid hissədə Ərizəçi1 İlyas qızına və X6 hissədə Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi1 İlyas qızı məhkəmə iclasında xahişini müdafiə edərək Nümayəndələ eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçi S.İ.Məmmədovanı və Ərizəçi2 nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçi S.İ.Məmmədovanın və Ərizəçi2 nümayəndəsinin xahişi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İşdə olan JN-1448 seriyalı, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən Nümayəndə və onun ailə üzvləri - X7, X3 mülkiyyətinə Biləsuvar rayon Nərimankənd kəndi ərazisində 1,05 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Lakin işdə olan JN-1448 seriyalı, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən məlum olur ki, X4 adı aktda qeyd edilməmişdir. Mülki işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin surətindən isə görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən Nümayəndə və onun ailə üzvləri – X7, X3, X4 mülkiyyətinə Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində 0,06 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işdə olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 oktyabr 2022-ci il tarixli, 1484 saylı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 8 saylı Cəlilabad ərazi idarəsinə təqdim edilmək üçün verilmiş arayışdan görünür ki, Biləsuvar rayonu Nərimankənd kəndində JN-1448 seriyalı, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamədə adı qeyd olunan X11 şəxs və həmin şəhadətnamədə adı qeyd olunan X6 adlı şəxs yaşamır və həmin şəxslər əslində Ərizəçi1 İlyas qızı və Ərizəçi2dır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli, **********71 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən Biləsuvar şəhəri 0,06 hektar həyətyanı torpaq sahəsi və 1,05 hektar ölçüdə pay torpaq sahəsi Nümayəndə və ailə üzvlərinin, o cümlədən Ərizəçi1 İlyas qızının mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamə və JN-1448 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. X18 və şəhadətnamədə Ərizəçi1 İlyas qızının adı X5 göstərilmişdir. Lakin işdə olan JN-1448 seriyalı, 80807018 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi2 adı Dövlət aktında qeyd edilməmişdir, onun adı yalnız torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamədə X2 göstərilmişdir. Buna görə həmin torpaq sahələrinə mülkiyyət hüququna dair dövlət aktına və şəhadətnaməyə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi1 İlyas qızının Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-1448 seriyalı, 80807018 kodlu Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X8 aid hissədə və Ərizəçi2 torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X9 hissəsində onlara məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-1448 seriyalı, 80807018 kodlu Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X8 aid hissədə Ərizəçi1 İlyas qızına və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X6 hissədə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməli, torpağa mülkiyyət hüququna dair JN-1448 seriyalı, 80807018 kodlu Dövlət X1 adı qeyd edilmədiyinə görə Ərizəçi2 xahişi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçilər Ərizəçi1 İlyas qızının və Ərizəçi2 xahişi qismən təmin edilsin. Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-1448 seriyalı, 80807018 kodlu Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X8 aid hissədə Ərizəçi1 İlyas qızına məxsus olması faktı müəyyən edilsin. Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-499A seriyalı, 80807018 kodlu şəhadətnamənin X6 hissədə Ərizəçi2 məxsus olması faktları müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-112/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-112/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver