Məhkəmə qərarları › İş №2(022)-1129/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1129/2023

13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1129/2023 13.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X35 oğlunun katibliyi, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-441 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X2 aid hissədə Ərizəçi2, X18 aid hissədə Ərizəçi1 və X10 məxsus hissədə isə Ərizəçi3 məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi1, Ərizəçi2 və Quliyeva X16 rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-441 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X3 aid hissədə Ərizəçi1, X22 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Ərizəçi3 məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişlərr. Ərizəçi1 məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən onun əri X5 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu, Nərimankənd kəndi ərazisində 5.13 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehalı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dar dövlət aktı verilmişdir. Həmin dövlət aktında torpaq sahəsinin birgə mülkiyyətçisi qismində onun əri M.X.Hüseynov ilə yanaşı həmin şəxsin daha 4 ailə üzvünün, o cümlədən onun və digər ərizəçilər - oğlu Ərizəçi2 və qızı Ərizəçi3 adı da qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahəsində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onun və digər ərizəçilərinin adlarının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina olunur. Belə ki, o, həmin dövlət altında X6 qeyd edilmiş, oğlunun adı X7, qızı isə X4 qeyd edilmişdir. Buna görə onlar torpağa mülkiyyət hüququna dair JN-441 seriyalı, 80800068 kodlu Dövlət Aktında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənəddə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini onlara tövsiyə etmişdir. Buna görə də onlar hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda, Ərizəçi1 xahişinin təmin olunmasını, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-441 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X3 aid hissədə Ərizəçi1, X17 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Ərizəçi3 məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 və Ərizəçi3 məhkəmə iclasında ərizələrini müdafiə edərək, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-441 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X3 aid hissədə Ərizəçi1, X17 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Ərizəçi3 məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdilər. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçiləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 29 oktyabr 1990-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 və X27 29 oktyabr 1990-cı il tarixdə nikahbağlamışlar və tərəflərin nikahı nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 16 iyun 1967-ci il tarixli , ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx xxxx 1967-ci il tarixdə doğulmuşdur. Onun atası X34, anası X1r. Mülki işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1992-ci il tarixdə doğulmuşdur. Onun atası X12, anası Ərizəçi1dır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxx 1995-ci il tarixdə doğulmuşdur. Onun atası X12, anası Ərizəçi1dır. İşdə olan JN-441 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən X5 və ailə üzvləri – X13, X14, X15 və X8 mülkiyyətinə Biləsuvar rayonu, Nərimanabad kəndi ərazisində 5.13 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Mülki iş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxx 1967-ci il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuşdur. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1992-ci il tarixdə Biləsuvar rayonu, Nərimankənd kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İ seriyalı, 843994 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 və X21 15 iyul 2013-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Quliyev, arvada Quliyeva soyadı verilmişdir. Mülki işdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxx 1995-ci il tarixdə doğulmuşdur. İşdə olan 20 fevral 2023-cü il tarixli aktdan görünür ki, JN-441 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv nəticəsində Ərizəçi1 adı X6, Ərizəçi2 adı X7, Ərizəçi3 adı X4 yazılmışdır. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 avqust 2023-cü il tarixli, 5-39-13/2- 588/2023 saylı arayışından görünür ki, Ərizəçi2 həqiqətən də Biləsuvar rayonu, Nərimankənd kəndində yaşayır. Mülki işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli, 3-21-3-44/2- 4151/2023 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-441 seriyalı, 80800068 kodlu dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir və Ərizəçi2 məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin 09 oktyabr 2023-cü il tarixli, 05/09İS/165178-23 nömrəli arayışından görünür ki, X9 Ərizəçi1 (arvadı), X24 (oğlu), Ərizəçi2 (oğlu) və Ərizəçi3 (qızı) tərkibdə ailə üzvü vardır. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən Biləsuvar şəhəri 5.13 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehalı təyinatlı torpaq sahəsi X5 və ailə üzvlərinin, o cümlədən Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ JNº-441 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Lakin həmin Dövlət Aktında Ərizəçi1 adı X6, Ərizəçi2 adı X7, Ərizəçi3 adı isə X4 göstərilmişdir. Buna görə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-441 seriyalı, 80800068 kodlu Dövlət X3 aid hissədə Ərizəçi1, X17 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Ərizəçi3 məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-441 seriyalı, 80800068 kodlu Dövlət X2 aid hissədə X18 aid hissədə Ərizəçi1, X17 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JNº-441 seriyalı, 80800068 kodlu Dövlət X3 aid hissədə Ərizəçi1, X17 aid hissədə Ərizəçi2 və X10 məxsus hissədə isə Ərizəçi3 məxsus olması faktları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar