Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1138/2025 20.06.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı Mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə Mediasıya prosesində aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında göstərilmişdir ki, Maraqlı şəxs ilə 2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.2005-ci il tarixdə X5 və xx.xx.2007-ci il təvəllüdlü X7 anadan olmuşdur.Maraqlı şəxs maddi, mənəvi olaraq ona və övladlarına baxmadığı və övladlarının təhsilini, tələbatlarını nəzərə almadığı üçün aliment tələbi barədə Mediasiya təşkilatına müraciət etmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının mediatoru X6 qəbulunda mediasiya sessiyasında xx.xx.2025-ci il tarixində Maraqlı şəxs ilə barışıq sazişi bağlamışlar. Belə ki, Maraqlı şəxs övladları xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 təhsili və Bakı şəhərində kirayə evdə yaşadığı üçün may ayından etibarən hər ayın 20-si sabit pul məbləğində bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 500 (beş yüz) manat alimentin onun kart hesabına ödənilməsi barədə öhdəliyi öz üzərinə götürmüşdür. Lakin Maraqlı şəxs sazişin qeyd edilən 1.1-ci bəndinin şərtini pozaraq aliment məbləğini vaxtında və düzgün şəkildə onun hesabına ödəmir. Barışıq sazişi 10 gün müddətinə icra edilməli olduğu halda, həmin müddət keçməsinə baxmayaraq hazırda 2-ci tərəf barışıq sazişini icra etməkdən imtina edir. Halbuki, cavabdehlə aralarında olan rəsmi nikah pozulmayıb. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan AZ-İ № 007070 saylı X1 surətindən görünür ki, X3 və Maraqlı şəxs nikahları 09 iyul 2002-ci il tarixdə Biləsuvar rayon VVADQ şöbəsi tərəfindən 04 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AA3712799 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA5436868 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Mediasiya Şurasının MŞS/MT-023/2025-00529 saylı xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: 1.1. Tərəflərin razılığına əsasən İkinci tərəf- Maraqlı şəxs, övladları xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 Bakı şəhərində təhsil aldığını və bu səbəbdən də kirayə qaldığını nəzərə alaraq bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 500 (beş yüz) manat pul məbləğində alimenti may ayının 20-dən etibarən hər ayın 20-si Birinci tərəf-Hüseynova llhamə Möhübbət qızının kart hesabına ödəyəcəyi öhdəliyini öz üzərinə götürür. 1.2. Yuxarda qeyd edilən 1.1-ci bənddəki şərt pozularsa tərəflər bu saziş əsasında məhkəmə orqanlarına müracət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5ci maddəsinin tələbləri nəzərə alınmaqla). “Mediasiya haqqında” Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Qeyd olunan maddi hüquq normalarının təhlili belə qənatəyə gəlməyə əsas verir ki, ailə münasibətlərində valildeynlər əmək qabiliyyəti olmayan və eyni zamanda maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 80-cı maddəsinin tələbindən də görünür ki, validenlər yetkinlik yaşına çatmış uşaqlarını saxlamağa o halda borcludurlar ki, həmin uşağın əmək qabiliyyəti olmasın və onun maddi yardıma ehtiyacı olsun. Ərizədən görünür ki, ərizəçi Maraqlı şəxs ilə 2002-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurduğunu, onların birgə nikahından xx.xx.2005-ci il tarixdə X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 anadan olduğunu, Maraqlı şəxs maddi, mənəvi olaraq ona və övladlarına baxmadığını və övladlarının təhsilini, tələbatlarını nəzərə almadığı üçün aliment tələbi barədə Mediasiya təşkilatına müraciət etmiş və Mediasiya Şurasının MŞS/MT- 023/2025-00529 saylı xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişində Maraqlı şəxs övladları- xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü X4 Bakı şəhərində təhsil aldığını və bu səbəbdən də kirayə qaldığını nəzərə alaraq bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla iki uşaq üçün cəmi 500 (beş yüz) manat pul məbləğində alimentin may ayının 20-dən etibarən hər ayın 20-si Hüseynova llhamə Möhübbət qızının kart hesabına ödəyəcəyi öhdəliyi müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, Mediasiya Şurasının MŞS/MT-023/2025-00529 saylı xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-cı maddəsinin tələbinə uyğun deyildir. Ona görə də həmin saziş qanuna uyğun hesab edilə bilməz. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Ərizəçi Maraqlı şəxs qarşı Mediasıya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə şərh olunanlara əsasən və MPM-in 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi Maraqlı şəxs qarşı aralarında Mediasiya prosesi nəticəsində bağlamış xx.xx.2025-ci il tarixli MŞS/MT-023/2025-00529 saylı Barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(022)-1138/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1138/2025
20.06.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver