Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-114/2023 21.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, ərizəçi X6 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X11 aid hissədə X12 məxsus olması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X15 26 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X16 hissədə X12 məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ərizəçi X15 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək və ilkin ərizəsində göstərilmiş tələblərə əlavə olaraq, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X16 hissədə X12 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi X6 nümayəndəsi Nümayəndə məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən, onun və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində 0,09 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Həmin qərara əsasən tərtib olunmuş JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin birgə mülkiyyətçisi qismində onunla yanaşı, digər 5 ailə üzvünün, o cümlədən X7 da adı qeyd edilmişdir. Lakin şəhadətnamədə onun oğlu X6 adı səhvən X3 göstərilmişdir. O cümlədən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda da onun oğlu F.Nümayəndə adı X4 qeyd edilmişdir. Onun oğlu F.Nümayəndə adının hüquqmüəyyənedici sənədlərdə səhv göstərilməsi onlara hüquqi nəticə yaradada biləcək hərəkətlər etməkdə maneə yaradır. Buna görə də o, sənədlərdə yol verilən yanlışlıqlarla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq çıxarışdakı səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Sonda, Nümayəndə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X16 hissədə X12 məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçi F.Q. Baxşiyevin nümayəndəsi Q.A. Baxşiyevin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, işdə olan JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən, Nümayəndə və ailə üzvləri – X8, X18, X9, X14, X17 və X10 mülkiyyətinə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində 0,09 hektar ölçüdə torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda göstərilir ki, **********81 reyestr nömrəli, 0.0864 hektar ölçüdə torpaq sahəsi Nümayəndə Ağağdədə oğlu, X8, X18, X9, X14, X17 və X10 ümumi birgə mülkiyyətindədir. İşdə olan Biləsuvar rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli, 05/Q-943/69 nömrəli arayışdan görünür ki, X15 xx xxxxxx 1985-ci il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində doğulmuşdur. Biləsuvar rayon Xırmandalı kənd icra nümayəndəliyi tərəfindən 26 fevral 1985-ci il tarixdə tərtib olunmuş 36 nömrəli doğum haqqında akt qeydində F.Nümayəndə atası qismində Nümayəndə və anası qismində X5 qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən X12 verilmiş 25 avqust 2022-ci il tarixli, 1216 nömrəli arayışdan görünür ki, hal-hazırda F.Nümayəndə Biləsuvar rayonu Xırmandalı kəndində müvəqqəti qeydiyyatdadır. Mülki iş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Xırmandalı kənd inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən Biləsuvar Rayon Məhkəmədinə təqdim edilmək məqsədilə Nümayəndə verilmiş 25 oktyabr 2022-ci il tarixli, 1498 nömrəli arayışından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış üzrə torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında X6 adı X16 yazılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdan görünür ki, **********81 reyestr nömrəli, 0.0864 hektar ölçüdə torpaq sahəsi Nümayəndə Ağağdədə oğlu, X8, X18, X9, X14, X17 və X10 paylı mülkiyyətindədir. Həmçinin iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 14 oktyabr 2022ci il tarixli, **********84 nömrəli məktubdan görünür ki, 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdakı səhvlərin düzəldilməsindən imtina edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən Biləsuvar rayonu, Xırmandalı kəndində 0,09 hektar həyətyanı torpaq sahəsi Nümayəndə və onun ailə üzvlərinin, o cümlədən X7 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN- 1363A seriyalı, 80807018 kodlu şəhadətnamə ilə təsdiq olunmuşdur. Lakin həmin şəhadətnamədə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda X6 adı X4 göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 14 oktyabr 2022-ci il tarixli, **********84 nömrəli məktub ilə 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışdakı səhvlərin düzəldilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2014-cü il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-1363A seriyalı, 80807018 kodlu şəhadətnamə nini və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X11 aid hissədə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-1363A seriyalı, 80807018 kodlu şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X16 hissədə X12 məxsus olması faktı müəyyən edilməlidir. Bundan başqa, iş materiallarında olan Rusiya Federasiyası vətəndaşının 76 ******* nömrəli pasportunun surətindən görünür ki, X2 Federasiyası vətəndaşıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1 və 203.2-ci maddələrinə görə əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir. Mülkiyyətçi əmlakı həmin Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır. Buna görə də məhkəmə hesab edir ki, ərizəçiyə izah olunmalıdır ki, o, Rusiya Federasiyası vətəndaşı olduğuna görə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onun birgə mülkiyyətinə verilmiş torpaq sahəsini qanunla müəyyənləşdirilmiş müddət ərzində özgəninkiləşdirməlidir. Eyni zamanda iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinə izah edilməlidir ki, Rusiya Federasiyasının vətəndaşı olan F.Nümayəndə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onun birgə mülkiyyətinə verilmiş torpaq sahəsini qanunla müəyyənləşdirilmiş müddət ərzində özgəninkiləşdirməzsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirləri görməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: X6 xahişi təmin edilsin. Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-1363A seriyalı, 80807018 kodlu şəhadətnamənin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2022ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın X16 hissədə X12 məxsus olması faktları müəyyən edilsin. X12 izah edilsin ki, Rusiya Federasiyası vətəndaşı olduğuna görə Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onun birgə mülkiyyətinə verilmiş torpaq sahəsini qanunla müəyyənləşdirilmiş müddət ərzində özgəninkiləşdirsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinin nümayəndəsinə izah edilsin ki, Rusiya Federasiyasının vətəndaşı olan X1 Rayon Aqrar İslahat Komissiyasının 06 iyun 2000-ci il tarixli, 06 saylı qərarına əsasən tərtib olunmuş JN-1363A seriyalı, 80807018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə onun birgə mülkiyyətinə verilmiş torpaq sahəsini qanunla müəyyənləşdirilmiş müddət ərzində özgəninkiləşdirməzsə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş tədbirləri görməyə borcludur. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-114/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-114/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver