Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1142/2025 10.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs barəsində “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizəsində bildirmişdir ki, o, aliment tələbi ilə əlaqədar Lənkaran 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. 16 yanvar 2025-ci il tarixdə mediator Tahir Vəkil oğlu Şahbazovun, onun və cavabdeh Maraqlı şəxs razılaşmasına əsasən 16 yanvar 2025ci il tarixli, MŞL/MT-014/2025-00045 saylı "barışıq sazişi" tərtib edilmişdir. Barışıq sazişinə əsasən borclu Maraqlı şəxs birgə nikahlarından doğulmuş iki azyaşlı 17 yanvar 2012-ci il təvəllüdlü X4 və 16 sentyabr 2013-cü il təvəllüdlü X3 adlı övladlarının saxlanması üçün hər ay hər uşağa görə olan 120 (bir yüz iyirmi) manat ümumilikdə hər ay 240 (iki yüz qırx) manat aliment ödəməyi barədə öz üzərinə öhdəlik götürmüşdür. Borclu Maraqlı şəxs 16 yanvar 2025-ci il tarixli, MŞL/MT-014/2025-00045-saylı "barışıq sazişi" ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, ona hər ay ödəyəcəyi məbləği ödəməkdən yayınır və ödəmir. Məhkəmə iclasında: Ərizəçi 16 yanvar 2025-ci il tarixli, MŞL/MT-014/2025-00045-saylı "barışıq sazişi"nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, gəlməməsinin səbəbini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0-cı maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər; 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir; 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, ərizəçinin izahatını dinləyərək, daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, Biləsuvar Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli 2 (022)-351/2021 saylı qətnaməsinə əsasən Maraqlı şəxs 17 yanvar 2012-ci il təvəllüdlü X4 və 16 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat ümumilikdə hər ay 240 (iki yüz qırx) manat məbləğində alimentin Ərizəçi ödənilməsi qət edilmişdir. Tərəflər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməməsinin aradan qaldırılması məqsədilə müvafiq olaraq öhdəliyin icra edilməsini özündə ifadə edən barışıq sazişi bağlamışdırlar. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə, onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyatı üzrə icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Ərizəçi Maraqlı şəxs barəsində “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Ərizəçiyə məhkəmə qətnaməsinin icrası ilə bağlı aidiyyatı üzrə icra və probasiya şöbəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1142/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1142/2025
10.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver