Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1143/2025 30.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X2 məhkəmə-iclas katibliyi ilə, Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 16 aprel 2025-ci il tarixli hazırlıq iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə tərəfindən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsinin X1 və onun ailə üzvlərinə verilən JN seriyalı 234 nömrəli 80802018 kodlu dövlət aktında və JN seriyalı 282A nömrəli 80802018 kodlu şəhadətnamədə ad, soyad və ata adının yanlış göstərilməsinə dair düzəlişin mümkünsüzlüyü barədə imtina məktubunun iş materiallarına əlavə olunmasının zəruriliyi bildirilmiş və həmin nöqsanın aradan qaldırılması üçün 30 iyul 2025-ci il tarixinədək tərəfə vaxt verilmişdir. 31 iyul 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş və ərizədə qeyd olunan ünvanlara bildiriş göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, yuxarıda qeyd olunan nöqsanın aradan qaldırılmasına dair heç bur sübut təqdim etmədən, eləcə də gəlməmələrinin səbəbini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məblğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilərə əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından, eləcə də, 16 iyul 2025-ci il tarixdən hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadığından ərizə baxılmamış saxlanmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli Qərarının: 1.6-cı bəndinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlandığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, ərizə ona əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, ərizəçiyə qaytarılmalı və ərizəçiyə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 163, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Ərizəçi (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə) “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi” barədə ərizəsi baxılmamış saxlansın. Ərizə və ona əlavə edilmiş sənədlərin əsli, o cümlədən Ərizəçi tərəfindən Biləsuvar Rayon Məhkəməsinə 08 iyul 2025-ci il tarixli, ********* nömrəli qəbz üzrə, 14221310 büdcə təsnifat koduna (VÖEN **********), AZ73CTRE******************** nömrəli hesaba, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cəlilabad Rayon Filialına dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Ərizəçi qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-1143/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1143/2025
30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver