Məhkəmə qərarları › İş №2(022)-1190/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1190/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1190/2023 17.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi JN-134 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında adının X1 hissəsində Süleymanlı (Bayramova) Nazilə Dilavər qızı kimi göstərilməklə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə, işin məhkəmədə baxılmağa hazırlanmasına dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 11 sentyabr 2023-cü il tarixdə Ərizəçi JN-134 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında adının X1 hissəsində Süleymanlı (Bayramova) Nazilə Dilavər qızı kimi göstərilməklə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin ərizə icraata götürülərək, mülki işi məhkəmədə baxılmağa hazırlamaq haqqında məhkəmə iclası 17 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda mülki işin mahiyyəti üzrə baxılmasını istəmədiyini bildirdi və bununla əlaqədar Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən ərizənin və ona əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında qəbzin geri qaytarılmasını xahiş etdi. Həmçinin Ərizəçi ərizənin geri qaytarılmasının hüquqi nəticələrinin ona məlum olduğunu bildirdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Buna görə də məhkəmə ərizəçini dinləyərək hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlərin əsilləri, o cümlədən məhkəməyə təqdim edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi JN-134 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında adının X1 hissəsində Süleymanlı (Bayramova) Nazilə Dilavər qızı kimi göstərilməklə həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar