Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-120/2024 18.04.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə Şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə (maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayır. X9 onun doğma oğludur. O, 10 avqust 2001-ci ildə doğulmuşdur. Oğlu doğulduğu vaxtdan "Ağır əqli gerilik, dərin və ağır dərəcəli kəmağıllılıq, kəskin ifadəli şəxsiyyət dəyişkənliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu" xəstəliyindən əziyyət çəkir. Əmək qabiliyyətsiz olmaqla, ömürlük 2 dərəcəli əlildir. Hesab edir onun üzərində qəyyum təyin edilməlidir. Lakin məhkəmənin bu barədə qərarının olmaması onu çətin bir vəziyyətə salmışdır. Odur ki, oğlu X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi verilməklə, "Ağır əqli gerilik, dərin və ağır dərəcəli kəmağıllılıq, kəskin ifadəli şəxsiyyət dəyişkənliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu" xəstəliyindən əziyyət çəkməsi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X6” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 527 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi anadan olması, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi inkişaf etməməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, xəstəliyi ilə əlaqədar Bakı şəhər X7, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicələrdə olması, əqli geriliyi, davranış pozuntularını biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, narahatlığı, aqressivliyi, həmçinin hərdən fizioloji ifrazatları ilə natəmiz olması, qeyri müəyyən səslər çıxarması, “Ağır əqli gerilik, Dərin və ağır dərəcəli kəmağıllıq, Kəskin nəzərə çarpan imbesillik, ensefalopatiya, tez-tez baş verən qıcolma tutmaları ilə, Kəskin ifadə şəxsiyyət dəyişkənliy, Qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu, uzun müddətli dekompensasiya vəziyyətində olan psixiopatabənzər davranışla, nitq funksiyasının inkşafdan qalması, Miokardiodistrofiya, Revmatik miokardit, tez-tez baş verən ekstra sistolik aritmiya tutmaları ilə, Revmatizm avtik faza İİ aktivlik dərəcəsi” diaqnozu ilə ona İİ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hal- hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. Yekun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X6” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 527 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilmişdir: «X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir». Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X4 "Ağır əqli gerilik, dərin və ağır dərəcəli kəmağıllılıq, Kəskin ifadəli şəxsiyyət dəyişkənliyi, qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğu" xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 10 avqust 2001-ci ildə Biləsuvar rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 10 avqust 2001-ci ildə Biləsuvar rayonunda anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №2(022)-120/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-120/2024
18.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver