Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 2(022)-1201/2023 18.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi ilə, Ərizəçi hər iki əmlak üzrə 667a və 668a nömrəli 14 sentyabr 2004-cü il tarixli qeydiyyat vəsiqələrin və inventar nömrələri № 654 saylı, №Q-272 saylı texniki pasportların Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi hər iki əmlak üzrə 667a və 668a nömrəli 14 sentyabr 2004-cü il tarixli qeydiyyat vəsiqələrin və inventar nömrələri № 654 saylı, №Q-272 saylı texniki pasportların Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəyə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə kimi ümumi məhkəmədə baxılması yolverilməz olduğuna görə ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Səfərov X3 şəhəri, K.Əbilhəsənov küçəsi, 9/2 ünvanında yerləşən 3 otaqlı yaşayış evinə və Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququna dair qeydiyyat vəsiqələrini və texniki pasportları 14 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində öz adınna rəsmiləşdirmişdir. Ərizəçi adı çəkilən sənədlərlə bağlı təkrarən çıxarış əldə etmək üçün müracit etdiyi zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiq hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsi Ərizəçi Biləsuvar şəhərində yerləşən mənzilə reyestrdən çıxarış və texniki pasport almaq barədə müraciətini təmin etməkdən imtina etmişdir. Həmin orqan imtinanı onunla əsaslandırmışdır ki, 668a nömrəli qeydiyyat vəsiqəsində və texniki pasportda mülkiyyətçi qismində yazılmış X2 adı sənədlərin əslinin üzərində pozularaq Elnur kimi düzəliş olunmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(022)-1201/2023 saylı qərardadının surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2004-cü il tarixli, 667a və 668a nömrəli qeydiyyat vəsiqələrində və texniki pasportlarda mülkiyyətçi Elnur adlnın yerinə səhv yazılmış Elmir adının düzəliş qaydasında Elnur yazılmaqla, düzəliş edilməsi barədə ərizəsinin qəbul edilməsindən, həmin ərizəyə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə kimi ümumi məhkəmədə baxılması yolverilməz olduğuna görə, imtina edilmişdir. Biləsuvar Rayon Məhkəməsinin həmin qərardadında Ərizəçi daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evinin və Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisinə dair qeydiyyat müvafiq inzibati orqan tərəfindən səhv aparılmışsa, həmin qeydiyyatın dəyişdirilməsini və onun adına müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiq hüquqi şəxsin 8 saylı Cəlilabad ərazi idarəsindən tələb edə biləcəyi, həmin orqan bundan imtina edərsə, o, həmin orqanın vəzifəli şəxslərinin qərar, hərəkət və hərəkətsizliyi barəsində iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edə biləcəyi barədə izahat verilmişdir. Çünki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə görə isə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizədə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(022)-1201/2023 saylı qərardadının surəti 30 avqust 2023-cü il tarixdə poçt vasitəsi ilə Ərizəçi göndərilmiş, lakin qeyd olunan qərardaddan şikayət verilməmiş və həmin qərardad qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinin tələbinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Bundan başqa, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəməyə daxil olmuş ərizədən və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evinə və Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququna dair qeydiyyat vəsiqələri və texniki pasportlar tərtib edilmiş, həmin sənədlərdə qeyd edilən daşınmaz əmlakların mülkiyyətçisi qismində X4 qeyd edilsə də, sonradan, naməlum şəraitdə, mülkiyyətçi qismində yazılmış X2 adı həmin sənədlərin üzərində pozularaq Elnur kimi düzəliş olunmuşdur. Buna görə də daşınmaz əmlakın dövlət reyestrini aparan orqan həmin daşınmaz əmlaklara dair ərizəçinin adına mülkiyyət hüququna dair reyestrdən çıxarış verilməsindən imtina etmişdir. Bununla əlaqədar Ərizəçi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrinə xüsusi icraat qaydasında düzəliş edilməsini və həmin reyestrdə qeydiyyata alınmış daşınmaz əmlakların mülkiyyətçisinin dəyişdirilməsini tələb edir. Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(022)-1201/2023 saylı qərardadında ərizəçiyə izah edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evinin və Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi qismində X2 adı inzibati orqanın vəzifəli şəxslərinin təqsiri ucbatından səhv yazılmışsa, Ərizəçi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatdakı yanlışlığın aradan qaldırılması barədə həmin inzibati orqana (həmin orqanın bazasında yaradılmış və onun funksiyalarını həyata keçirən yeni inzibati orqana) müraciət etməli, həmin orqanın vəzifəli şəxsləri bundan imtina edərsə, həmin orqana qarşı iddia ərizəsi aidiyyəti məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1 və 2.2.7-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı çərçivəsində inzibati məhkəmələr tərəfindən baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 3-cü bəndinə görə isə məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, X4 adlı şəxs mövcuddursa, lakin bu və ya digər səbəbdən, ərizəçinin və X2 qarşılıqlı razılığı qismində daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən 3 otaqlı yaşayış evinin və Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisi qismində Ərizəçi əvəzinə X4 yazılmışsa, hər hansı mübahisə yoxdursa, həmin şəxslər həmin əmlakların mülkiyyətçisini mülki hüquqi əqdlər bağlamaqla dəyişə biləcəklərinə görə qeyd edilən məsələyə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi qaydasında baxıla bilməz. Çünki, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndində müəyyən etdiyi hüquqi mövqeyə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 12 aprel 2019-cu il tarixli Qərarının 7.1 və 7.2-ci bəndlərində məhkəmələrə tövsiyə etmişdir ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilmişdir ki, başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Buna görə də məhəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 2(022)-1201/2023 saylı qərardadı ilə Ərizəçi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2004-cü il tarixli, 667a və 668a nömrəli qeydiyyat vəsiqələrində və texniki pasportlarda mülkiyyətçi Elnur adlnın yerinə səhv yazılmış Elmir adının düzəliş qaydasında Elnur yazılmaqla, düzəliş edilməsi barədə ərizəsinin qəbul edilməsindən, həmin ərizəyə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə kimi ümumi məhkəmədə baxılması yolverilməz olduğuna görə imtina edildiyinə görə Ərizəçi hər iki əmlak üzrə 667a və 668a nömrəli 14 sentyabr 2004-cü il tarixli qeydiyyat vəsiqələrin və inventar nömrələri № 654 saylı, №Q-272 saylı texniki pasportların Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə iddiaya yenidən baxılmasına əsaslar yoxdur. Həmçinin Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindəən imtina edildiyinə görə və Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz Ərizəçi qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi hər iki əmlak üzrə 667a və 668a nömrəli 14 sentyabr 2004-cü il tarixli qeydiyyat vəsiqələrin və inventar nömrələri № 654 saylı, №Q-272 saylı texniki pasportların Ərizəçi məxsus olması faktının müəyyən olunması barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər və dövlət rüsumunun ödənilməsi barədə qəbz Ərizəçi qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin Sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-1201/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №2(022)-1201/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver