Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1216/2025 26.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən Rəsulova Mədinə Camal qızının sədrliyi, X10 məhkəmə-iclas katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb olunmaqla) “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçinin tələbi: Ərizəçi “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi Rzazadə X9 şəhərində yaşayır. Respublikada Aqrar islahatları aparılan zaman Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair adlarına “Torpağın mülkiyyətə verilməsi”nə dair JN 1391A saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə rəsmi adı Ərizəçi olsa da texniki səhv nəticəsində adı X3 göstərilmişdir. Halbuki, Allahverdi onun ana babasının adıdır. Onun ata adı Ramizdir. Hazırki məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə 22 yanvar 2025-ci il tarixdə sifarişli poçtla müraciət etsə də, adı çəkilən idarə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Odur ki, Ərizəçi JN 1391A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədəki X5 adının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizənin xüsusatlarına uyğun izahat verərək, təmin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Göstərilənləri nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 185.5-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi 30 avqust 2000-ci il tarixdə ünvan 1 ünvanıdır. Torpağın mülkiyyətə verilməsinə dair “Şəhadətnamə”nin surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli 04 saylı qərarı ilə 0,09 hektar həyətyanı torpaq sahəsi şəhadətnamədə aşağıda adları göstərilən şəxslərin mülkiyyətinə verilmişdir:
1. X6
2. X11
3. X12
4. X13
5. X7
6. X5 AZ-İİ seriyalı 407930 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 ilə X7 arasında 02 iyun 2008-ci il tarixdə Biləsuvar Rayon Qeydiyyat İdarəsində 145 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. AZ-İİ seriyalı 365372 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 29 avqust 2023-cü il tarixdə “Dəqiqləşdirilməmiş beyin infarktı” səbəbindən ölmüşdür. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 yanvar 2025-ci il tarixli, 5-39-1/2-259/2025 nömrəli arayışın surətindən görünür ki, X1 şəhəri H.Aslanov küçəsi, ev 6-da yaşayır. Az-İ seriyalı, 664316 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi 30 avqust 2000-ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur. X2, atası X8r. A seriyalı 636326 nömrəli “Ümumi orta təhsil haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi 2000-ci ildə doğulmuş və 2016-cı ildə Biləsuvar rayonu, Qurbanlı adına 2 saylı tam orta məktəbində ümumi orta təhsili bitirmişdir. E seriyalı 119693 nömrəli “Tam orta təhsil haqqında attestatın”nin surətindən görünür ki, Ərizəçi 30 avqust 2000-ci ildə doğulmuş və 2018-ci ildə Biləsuvar rayonu, Qurbanlı adına 2 saylı tam orta məktəbini tam orta təhsili riyaziyyat-iqtisadiyyat təmayülü üzrə bitirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 21 may 2025-ci il tarixli, 3-21-3-44/2-R-0xx-xx/2025 saylı məktubundan görünür ki, Ərizəçi “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı”nın müəyyən edilməsi məhkəmə orqanlarının səlahhiyyətinə aid olduğu üçün müvafiq orqana müraciət edilməsi tövsiyə olunmuşdur. Biləsuvar Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(022)-1216/2025 saylı sorğusuna cavab olaraq Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 noyabr 2025-ci il tarixli, 5-39-1/2-928/2025 saylı cavabından görünür ki, JN-1391 saylı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə adı göstərilən X5 texniki səhv nəticəsində yazılmışdır.Onun adı Ərizəçidır. Həmin ailədə aşağıdakı adları göstərilən ailə üzvləri vardır: X11 (ölüb), X7, Ərizəçi və X17. Əlavə olaraq bildirilir ki, həmin ailədə X5 adında şəxs yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3 -cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli Qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üstüstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ərizəçi tərəfi dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verdikdən sonra hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, ərizəçi Rzazadə X9 rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı əsasında ona və ailə üzvlərinə verilmiş 0,09 hektar həyətyanı torpaq sahəsinə dair JN 1391A saylı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə texniki səhv nəticəsində “X5” kimi göstərilmişdir. Halbuki, ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdə onun adı və ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Tədqiq olunmuş sübutlardan, o cümlədən ərizəçinin doğum haqqında şəhadətnaməsindən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən, təhsil haqqında sənədlərindən, habelə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 noyabr 2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, JN 1391A saylı şəhadətnamədə göstərilən “X5” adlı şəxs faktiki olaraq mövcud olmamış, bu qeyd yalnız texniki səhv xarakteri daşımışdır. Həmin ailədə bu adla şəxs olmaması və torpaq sahəsinin faktiki olaraq Ərizəçi məxsus olması iş materialları ilə təsdiq edilir. Eyni zamanda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestr publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin məktubundan görünür ki, hüquqmüəyyənedici sənəddə mövcud olan uyğunsuzluğun inzibati qaydada aradan qaldırılması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu hal Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş şərtlərin mövcudluğunu təsdiq edir. Məhkəmə, həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinin tələblərini nəzərə alır. Həmin bəndə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulmuş - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının xüsusi icraat qaydasında müəyyən edilməsi üçün üç şərtin mövcudluğu tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə göstərilən şərtlərin hər biri mövcuddur. Belə ki, birinci şərt üzrə hüquqmüəyyənedici sənəddə göstərilən ad və ata adı ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlərdə göstərilən məlumatlarla üst-üstə düşmür. İkinci şərt üzrə JN 1391A saylı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamə hüquqmüəyyənedici sənəd hesab olunur və ərizəçinin əmlak hüquqlarının yaranmasına əsas təşkil edir. Üçüncü şərt üzrə isə sənəddə mövcud olan səhvin inzibati qaydada aradan qaldırılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallar, toplanmış sübutlar və tətbiq edilən hüquq normalarının məcmusuna əsasən, ərizəçinin tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlir və ərizənin təmin edilməsi üçün hüquqi əsasların mövcud olduğunu hesab edir. Yekun olaraq məhkəmə hesab edir ki, Ərizəçi “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməli, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı əsasında verilmiş JN 1391A saylı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə göstərilən “X5” adının, soyadının və ata adının “Ərizəçi”na məxsus olması müəyyən edilməli, qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə uyğun olaraq faktı təsdiq edən sənədi əvəz etməməklə, həmin fakt üzrə müvafiq dövlət orqanları tərəfindən qeydiyyat və rəsmiləşdirmə aparılması üçün əsas hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizədə məhkəmə və digər xərclərlə bağlı tələb olmadığından çəkilmiş xərclər ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:
Ərizəçi “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2005-ci il tarixli, 04 saylı qərarı əsasında verilmiş JN 1391A saylı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə göstərilən “X5” adının, soyadının və ata adının “Ərizəçi”na məxsus olması müəyyən edilsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə uyğun olaraq faktı təsdiq edən sənədi əvəz etməməklə, həmin fakt üzrə müvafiq dövlət orqanları tərəfindən qeydiyyat və rəsmiləşdirmə aparılması üçün əsas hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: Mədinə Rəsulova