Məhkəmə qərarları › İş №2(022)-125/2023

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-125/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-125/2023 26.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi1 və X3 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-585 seriyalı, 80800058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X6 məxsus hissədə isə Ərizəçi2 məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi1 və Ərizəçi2 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-585 seriyalı, 80800058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X6 məxsus hissədə isə Ərizəçi2 məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişlərr. Ərizəçi1 məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu İsmətli kəndi ərazisində 2,68 hektar ölçüdə pay torpaq sahəsi və həmin torpaq sahəsinə mülkiyyət hüququna dar dövlət aktı verilmişdir. Həmin dövlət aktında torpaq sahəsinin birgə mülkiyyətçisi qismində onunla yanaşı daha 8 üzvünün, o cümlədən qızı Saranın adı qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahəsində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onun və digər ərizəçininin adlarının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina olunur. Belə ki, o, həmin dövlət aktında X5 qeyd edilmiş, qızı Sevilin adı isə Sara kimi qeyd edilmişdir. Buna görə onlar torpağa mülkiyyət hüququna dair JN-585 seriyalı, 80800058 kodlu Dövlət Aktında yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənəddə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Buna görə də onlar hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Sonda Ərizəçi1 xahişinin təmin olunmasını, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-585 seriyalı, 80800058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə ona, X6 məxsus hissədə isə Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında ərizəsini müdafiə edərək, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN-585 seriyalı, 80800058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə Ərizəçi1, X6 məxsus hissədə isə Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçiləri və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçilərin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid bildirdi ki, o, 2004cü ildən Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir və ərizəçilərin ailəsini yaxşı tanıyır. Belə ki, o, Ərizəçi1 şəhid atası kimi tanıyır. Ərizəçi1 birinci nikahından olan oğlu X7 1992-ci ildə X11 zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Ərizəçi1 ikinci nikahından isə 6 övladı vardır. Ərizəçinin Sevil adlı qızı kənd içində Sevinc və Sara kimi çağrıldığına grə torpağa mülkiyyət hüququna dair Dövlət Aktında həmin ərizəçinin adı Sara, onun 07 noyabr 2022-ci il tarixli arayışında isə Sevinc kimi göstərilmişdir. Əslində isə Ərizəçi1 nə Sevinc, nə də Sara adlı qızları yoxdur və torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adı Sara kimi qeyd olunmuş şəxs Ərizəçi2dır. İşdə olan JN-393 seriyalı, 80800058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən X8 və ailə üzvlərinin, o cümlədən X4 mülkiyyətinə Biləsuvar rayonu İsmətli kəndi ərazisində 2,68 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının İsmətli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 02 noyabr 2022-ci il tarixli aktdan görünür ki, JN-585 seriyalı, 80800058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adları qeyd X2 yazılmış şəxs əslində Ərizəçi2dır. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının İsmətli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 yanvar 2023-cü il tarixli, 50 saylı arayışından görünür ki, Ərizəçi1 Sara adlı qızı anadan olmamışdır və onun övladlarından birinin adı Ərizəçi2dır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, **********38 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800058 kodlu dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən Biləsuvar şəhəri 0,06 hektar həyətyanı torpaq sahəsi və 2,68 hektar ölçüdə pay torpaq sahəsi Ərizəçi1 və ailə üzvlərinin, o cümlədən Ərizəçi2 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ JNº-558 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Lakin həmin Dövlət Aktında Ərizəçi1 adı X14, Ərizəçi2 adı isə X2 göstərilmişdir. Buna görə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, Ərizəçi1 və Ərizəçi2 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-585 seriyalı, 80800058 kodlu Dövlət X1 aid hissədə Ərizəçi1, X6 məxsus hissədə isə Ərizəçi2 məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-585 seriyalı, 80800058 kodlu Dövlət X1 aid hissədə Ərizəçi1, X6 məxsus hissədə isə Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi1 və Ərizəçi2 xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 01 dekabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-585 seriyalı, 80800058 kodlu Dövlət X1 aid hissədə Ərizəçi1, X6 məxsus hissədə isə Ərizəçi2 məxsus olması faktları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar