Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-127/2023 19.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, ərizəçi X4 iştirakı ilə, X4 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN -558 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamənin X8 aid hissədə X5 məxsus olması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X1 rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN -558 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamənin X8 aid hissədə X5 məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, Biləsuvar rayon Aqrar islahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən onun atası X12 və ailə üzvlərinin mülkiyyətinə Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində 0,06 hektar ölçüdə həyətyanı torpaq sahəsi və 5,47 hektar ölçüdə pay torpaq sahəsi, habelə həmin torpaq sahələrinə dair dövlət aktı və şəhadətnamə verilmişdir. Həmin dövlət aktında və Şəhadətnamədə torpaq sahəsinin birgə mülkiyyətçisi qismində X17 ilə yanaşı onun daha 5 üzvünün, o cümlədən onun adı qeyd edilmişdir. Onun ailəsi həmin torpaq sahəsində kənd təsərrüfatı əkinləri ilə məşğuldur. Apardığı əkin işlərinə görə onlara subsidiya verilməsi nəzərdə tutulsa da, dövlət aktında onun adının düzgün qeyd edilməməsi səbəbindən onlara subsidiya verilməsindən imtina olunur. Buna görə o torpağa mülkiyyət hüququna dair JN -558 seriyalı, 80800068 kodlu Dövlət Aktında və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinə müraciət etmişlər. Həmin inzibati orqan isə torpağa mülkiyyət hüququna dair sənədlərdə yol verilmiş yanlışlığı aradan qaldırmaqdan imtina edərək, bu barədə məhkəməyə müraciət etməsini ona tövsiyə etmişdir. Buna görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 xahişinin təmin olunmasını, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş JN -558 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamənin X8 aid hissədə X5 məxsus olması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X17 onun qızıdır. 1997-ci ildə Azərbaycanda aqrar islahatlar aparılmış və onun ailə üzvlərinin mülkiyyətinə pay torpaq sahəsi və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Lakin həmin vaxt torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və Şəhadətnamədə qızının adı Nərminə əvəzinə Nərmin kimi qeyd edilmişdir. Halbuki, onun Nərmin adlı qızı yoxdur və olmamışdır. Həmin vaxt o və ailə üzvləri savadsızlıqdan bunu əhəmiyyətsiz məsələ hesab edərək, müvafiq düzəlişin edilməsini tələb etməmişlər. Hazırda onlar həmin torpaq sahəsində əkin işləri aparırlar. Dövlət aparılan əkin işlərinə vətəndaşlara subsidiya versə də, torpağa mülkiyyət hüququna dair X10 adının bir hərfinin əskik yazılması səbəbindən onlara subsidiya verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi məhkəməyə müvafiq dövlət aktının ona məxsus olması barədə məhkəməyə ərizə verməyə məcbur olmuşdur. İşdə olan JN-393 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən X12 və ailə üzvləri – X6, X13, X14, X9 və X15 mülkiyyətinə Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində 5,47 hektar ölçüdə torpaq sahəsi verilmişdir. Mülki işdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamənin surətindən isə görünür ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən X12 və ailə üzvləri – X6, X13, X14, X9 və X15 mülkiyyətinə Biləsuvar rayonu Nərimankənd kəndi ərazisində 0,06 hektar ölçüdə həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işdə olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 may 2022-ci il tarixli, 17 saylı və 31 oktyabr 2022-ci il tarixli, 734 saylı arayışlarından görünür ki, Biləsyvar rayonu Nərimankənd kəndində JN - 558 seriyalı, 80800068 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamədə adı qeyd olunan X16 adlı şəxs yaşamır və həmin şəxs əslində X11 qızıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli, **********87 saylı arayışından görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən Biləsuvar şəhəri 0,06 hektar həyətyanı torpaq sahəsi və 5,47 hektar ölçüdə pay torpaq sahəsi X12 və ailə üzvlərinin, o cümlədən X4 mülkiyyətinə verilmişdir. Həmin şəxslərin qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququ müvafiq olaraq torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamə və JNº-558 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Lakin həmin Dövlət Aktında və şəhadətnamədə X4 adı X3 göstərilmişdir. Buna görə həmin torpaq sahələrinə mülkiyyət hüququna dair dövlət aktına və şəhadətnaməyə düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, X4 Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-558 seriyalı, 80800068 kodlu Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamənin X8 aid hissədə ona məxsus olmasını başqa qaydada təsdiq etmək imkanları yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-558 seriyalı, 80800068 kodlu Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamənin X8 aid hissədə X5 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: X4 xahişi təmin edilsin. Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1997-ci il tarixli, 30 saylı qərarına əsasən tərtib olunmuş torpağa mülkiyyət hüququna dair JN-558 seriyalı, 80800068 kodlu Dövlət Aktının və torpağın mülkiyyətə verilməsinə dair JN-561A seriyalı, 80800068 kodlu şəhadətnamənin X8 aid hissədə X5 məxsus olması faktları müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-127/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-127/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver