Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-13/2024 05.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə Şəxsin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsinə (Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası) dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş oğlu X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, o, X9 ilə xx.xx.2002-ci il tarixdə nikaha daxil olmuş və rəsmi nikahlarından xx.xx.2004-cü il tarixdə X10 anadan olmuşdur.X10 orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları və sair xəstəlikləri olduğu üçün ikinci qrup əlildir.Övladı anadangəlmə xəstə olmuş, onun xəstəliyi nəticəsində heç bir yerdə işləyə bilməmişdir.Övladı yetkinlik yaşına çatdıqdan sonrakı müddətdə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2022-ci ilin iyun ayında müayinə olunmuş, həmin dövlət qrumu tərəfindən verilmiş çıxarış ilə övladının əmək qabliyyətsiz olması bir daha öz təsdiqini tapmışdır.Oğlu ruhu-əsəb xəstəliyindən əziyyət çəkdiyindən və öz hərəkətlərinin mənasını başa düşmədiyindən fəailiyyət qabliyyətsiz hesab edilməlidir.Belə ki, o, öz hərəkətlərinə qiymət verə bilmir, onları dərk etmir, özünü idarə edə bilmir. Odur ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş oğlu X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X2 məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Biləsuvar rayonu Bəydili kəndi, M.Cəfərov küçəsi, ev 40-da qeydiyyatdadır. İş materiallarında olan Bakı Baş Səhiyyə İdarəsi Uşaq Nevroloji Xəstəxanasının 402 saylı epikriz xəstəlik tarixindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə xəstəxanasında həkim məsləhət komissiyası tərəfindən müayinə olunub və ona orta kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları və sair xəstəlikləri diaqnozu ilə ambulator şəraitdə müalicə alması tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 xx.xx.2022-ci il tarixli 3269 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs X6 “Orta dərəcəli əqli gerilik,davranış pozuntuları ilə” (F71.1) aşkar olunur.Bunu anamnestik məlumatlar (psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X4 “Orta dərəcəli kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə kənar şəxsin himayəsinə ehtiyacı var” diaqnozu ilə müayinədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Nevroloji xəstəxanasında “Posttravmatik (infeksion əlamətlərlə) ensefalopatiya, psixofiziki inkişaf geriliyi” diaqnozu ilə müalicədə olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli kəmağıllıq, imbesillik, kobud nitq və davranış pozuntuları ilə” diaqnozu ilə İİ dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyinin pozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir.Mülki iş materiallarını və ambulator məhkəməpsixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 19 dekabr 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X10 öz əməlinin faktiki xarakterini dərk etmək və öz əməlini idarə etmək iqtidarındadırmı? Cavab: 19 dekabr 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir.X10 öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. V.A.Eynullazadənin fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X10 orta dərəcəli əqli gerilik, davranış pozuntuları xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 19 dekabr 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 19 dekabr 2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Hazırkı qətnamə X10 üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(022)-13/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-13/2024
05.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver