Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-131/2023 28.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın nümayəndəsi Nümayəndə iştirakı ilə, 13 iyul 2004-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 iyul 2004-cü il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X9 onun oğludur və 13 iyul 2004-cü il tarixdə anadan olmuşdur. R.E.Nağıyev anadangəlmə əqli qüsurludur. Tibbi-sosial ekspert komissiyasının sonuncu rəyində R.E.Nağıyevin ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntularıyla intelektin enməsi, nitq qüsurlu olması və hərəkət məhdudiyyəti ilə əlaqədar kənar şəxsin yardım və nəzarətinə ehtiyac olması göstərilmişdir. Dövlət tərəfindən R.E.Nağıyevə İ dərəcə əlilliyə görə aylıq 220 manat məbləğində olmaqla, ömürlük sosial müavinət və 130 manat məbləğində ömürlük prezident təqaüdü təyin edilmişdir. Lakin o, oğlu R.E.Nağıyevə təyin olunmuş müavinəti və prezident təqaüdünü ala bilmir. Hal-hazırda R.E.Nağıyevin müalicəyə ehtiyacı var və oğlunun müalicə xərclərini qarşılamaq üçün onun maddi imkanı yoxdur. Onun köməkliyi olmadan R.E.Nağıyevin həyatını davam etdirməsi mümkün deyildir, buna görə də sonuncunun hüquq və vəzifələrini həmin şəxsin əvəzinə başqa qohumunun həyata keçirməsi zərurəti yaranır. Sonda, Ərizəçi R.E.Nağıyevin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizənin təmin olunmasına razı olduğunu bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 488605 nömrəli nikah bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 və Ərizəçi 26 may 1999-cu il tarixdə nikah bağlamışlar. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, X9 13 iyul 2004-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə sorğu edilmiş Biləsuvar rayon qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri məlumatlarından görünür ki, Ərizəçi X3 anasıdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyon Rayonlararası Psixiariya xəstəxanasının 21 iyul 2022-ci il tarixli arayışından görünür ki, həkim-məsləhət komissiyası tərəfindən X5 “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntularıyla intelektin enməsi, nitq artikulyasiyasının spesifik pozuntusu və hərəkət məhdudiyyəti ilə əlaqədar ambulator müalicəyə və kənar şəxsin yardım və nəzarətinə ehtiyac olması” diaqnozu qoyulmuşdur. İşdə olan tibbi-sosial ekspert komissiyasında sonucu müayinəyə dair məlumatın verilməsinə dair 14 iyul 2022-ci il tarixli arayışdan görünür ki, X9 ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntularıyla intelektin enməsi, nitq qüsurlu olması və hərəkət məhdudiyyəti ilə əlaqədar kənar şəxsin yardım və nəzarətinə ehtiyac olması, zob xəstəliyi diaqnozu ilə xəstədir, 1-ci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. İşdə olan Biləsuvar Şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli, 4532 nömrəli arayışdan görünür ki, Əhmədova X7 şəhəri, R.Behbudov küçəsi ünvanında yaşayır və Ş.Ə.X1, X6, X10 və X9 tərkibdə ailə üzvləri vardır. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 105 saylı rəyindən görünür ki, X4 ağır əqli gerilik (F72.1) aşkar olunur. R.E.Nağıyev öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də R.E.Nağıyev öz psixi vəziyyətinə görə tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, X9 «ağır əqli gerilik» xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, 13 iyul 2004-cü ildə Biləsuvar şəhərində anadan olmuş X9 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyətli olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xahişi təmin edilsin. 13 iyul 2004-cü ildə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X3 üzərində qəyyum təyin edilməsi Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Daimi Komissiyaya həvalə edilsin. Qətnamədən işdə iştirak edən şəxslər onun surətini rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-131/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-131/2023
28.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver