Məhkəmə qərarları › İş №2(022)-1325/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-1325/2025

13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-1325/2025 13.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Ərizəçi, maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, 1997-2005-ci illərdə Biləsuvar şəhərində fəaliyyət göstərən X2 dəmir qapı və pəncərə sexində işləmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 1984-cü ildə S.Vurğun adına kolxozda işləməsi və 1975-1978-ci illərdə texniki peşə məktəbində oxuması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini ounla əsaslandırmışdır ki, hazırda o, Biləsuvar şəhərində qeydiyyatda olmaqla yaşayır. 1978-1995-ci illərdə Biləsuvar şəhərində fəaliyyət göstərən S.Vurğun adına kolxozda işləmişdir. Buna dair arxiv arayışı da vardır. Lakin həmin illərin arxiv arayışında 1984-cü ildə həmin kolxozda işləməsinə dair arxiv sənədləri qalmamışdır. Bundan başqa 1975-1978-ci illərdə 146 saylı Texniki peşə məktəbində oxumuşdur. Buna dair də arxiv sənədləri qalmamışdır.Hazırda 1984-cü ildə S.Vurğun adına kolxozda işləmə faktının və 1975-1978-ci illərdə 146 saylı Texniki peşə məktəbində oxumasının müəyyən edilməsi zərurəti yaranmışdır.Həmin faktın müəyyən edilməsi ona pensiya təyin edilməsi üçün lazımdır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında iddia tələbini müdafiə etdiyini, təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiyini, ərizənin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Biləsuvar rayon Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 12 iyul 2023-cü il tarixli № 5- 39-6/2-582/2023 saylı arayışından görünür ki, Mehdiyev X4 rayonu Bağbanlar kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Təyinatı üzrə Mərkəzi filialının 12 mart 2025-ci il tarixli № 3-17-1/2-M-60181/2025 saylı yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında məktubunda göstərilmişdir ki, təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək əyani təhsil aldığınız illər və 1978-1995-ci illər üzrə əmək fəaliyyəti dövrləriniz də nəzərə alınmaqla cəmi sığorta stajınız 24 il 27 gün təşkil edir.Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 18 il 5 ay 9 gün sığorta stajınıza uyğun olaraq 18582,70 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 5694,17 manat olmaqla ümumilikdə 24276,87 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ 01,02.2025ci il tarixinədək qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir.Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi X9 xx.xx.2024-cü il tarixli 76 saylı arayışından görünür ki, Ərizəçim oğlu barəsində 1975-ci ilə aid əmr kitabı olmadığından onun qəbulu ilə bağlı heç bir məlumat tapılmamışdır.Lakin, Ərizəçi Puşkin rayon 146 nömrəli X17 Peşə məktəbini xx.xx.1978-ci il tarixli 36 saylı əmrlə məktəbin 31 nömrəli qrupun traktorçu maşinist ixtisasını bitirərək 788282 saylı diplom, 788282 saylı diploma əlavə və 068361 saylı vəsiqə almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Reşə Təhsili Üzrə Dövlət Agentliyi «X15» X13 20 oktyabr 2025-ci il tarixli 67 saylı arayışından görünür ki, Ərizəçi təhsil aldığı 146 nömrəli X17 Peşə məktəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarına əsasən (Əlavə 1) 146 nömrəli X17 Peşə məktəbi statusu dəyişdirilərək X15 statusu almışdır. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivi idarəsinin xx.xx.2014-cü il tarixli № 437 saylı Arxiv arayışında göstərilmişdir ki, Ərizəçi 1978-1995-ci illərdə S.Vurğun adına kolxozda işləmişdir.1984-cü ilə aid son hesab kitabı çox istifadə olunduğu və bərbad vəziyyətə düşdüyü üçün 1984-cü ilə məlumat verə bilimədik. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11,1992-ci İl tarixli 638 №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya’ təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin- 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normaların məzmunundan görünür ki, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (İşə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Sözügedən Plenum qərarının 13,4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi bir həmyerli kimi tanıyır. Belə ki, 1975-ci ildə Puşkin rayon 146 nömrəli X18 məktəbinə daxil olaraq həmin məktəbi 1978-ci ildə bitirmişdir. Onunla yanaşı Ərizəçi da 1975-ci ildə Puşkin rayon 146 nömrəli X18 məktəbinə qəbul olunaraq həmin məktəbi 1978-ci ildə bitirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi bir həmyerli kimi tanıyır. O, 1975-ci ildə Puşkin rayon 146 nömrəli X18 məktəbinə daxil olaraq həmin məktəbi 1978-ci ildə bitirməklə diplom almışdır. Onunla yanaşı Ərizəçi da 1975-ci ildə Puşkin rayon 146 nömrəli X18 məktəbinə qəbul olunaraq həmin məktəbi 1978-ci ildə bitirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 1983-1996-ci illərdə Biləsuvar rayonunun S.Vurğun adına kolxozda aqranom vəzifəsində işləmişdir. Ərizəçi da onunla bərabər 1984-cü ildə Biləsuvar rayonunun S.Vurğun adına kolxozunda işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçini uzun illərdir tanıyır. Belə ki, 1984-cü ildən S.Vurğun adına kolxozda traktorçu işləmişdir. Ərizəçi da onunla bərabər 1984-cü ildə Biləsuvar rayonunun S.Vurğun adına kolxozunda işləmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə şahid qismində dindirlmiş X6 və X5 1975-ci ildə Puşkin rayon 146 nömrəli X17 Peşə məktəbinə daxil olaraq həmin məktəbi 1978-ci ildə bitirmiş və diplom almışlar. Həmin şahidlər ifadələrində Ərizəçi 1975-ci ildə Puşkin rayon 146 nömrəli X17 Peşə məktəbinə qəbul olunaraq onlarla birlikdə oxuduğunu təsdiq etmişlər. Bundan əlavə, ərizəçinin vəsatətinə əsasən şahid qismində dindirmiş X5 və X1 əmək kitabçalarını məhkəməyə təqdim etməklə 1984-cü ildə Biləsuvar rayonu S.Vurğun adına kolxozda traktorçu işlədiklərini və həmin 1984-cü ildə Ərizəçi onlarla bərabər Biləsuvar rayonu S.Vurğun adına kolxozda işlədiyini göstərmişlər. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi 1975-ci ildə Puşkin rayon 146 saylı X17 Peşə məktəbinə qəbul edilməklə oxuması faktı və 1984-cü ildə Biləsuvar rayonu S.Vurğun adına kolxozda işləməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi 1975-ci ildə Puşkin rayon 146 saylı X17 Peşə məktəbinə qəbul edilməklə oxuması faktı və 1984-cü ildə Biləsuvar rayonu S.Vurğun adına kolxozda işləməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar