Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-140/2023 14.03.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı iddiaçı ilə X2 arasında bağlanmış 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il tariXdə istehsal edilmiş, “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobilin iddiaçıya qaytarılması, həmin müqavilə üzrə 04 noyabr 2022-ci il tariXə hesablanmış əsas borc qismində 2.607 manat 45 qəpik, gecikdirilmiş mükafat qismində 542 manat 75 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 808 manat 84 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının Xeyrinə tutulması barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baXaraq, M Ü Ə Y Y Ə N E T D İ: «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti Cavabdeh qarşı iddiaçı ilə X2 arasında bağlanmış 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il tariXdə istehsal edilmiş, “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobilin iddiaçıya qaytarılması, həmin müqavilə üzrə 04 noyabr 2022-ci il tariXə hesablanmış əsas borc qismində 2.607 manat 45 qəpik, gecikdirilmiş mükafat qismində 542 manat 75 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 808 manat 84 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının Xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi R.A.İsmayılov iddia ərizəsində göstərmişdir ki, «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti ilə X2 arasında 03 avqust 2019-cu il tariXdə MAS-1137 saylı daXili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 13.700 manat məbləğində olan “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobil E.R.Məmmədovun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. E.R.Məmmədov isə öz növbəsində 13.700 manat məbləğində pul vəsaitini, illik 17 faiz dərəcəsi ilə, 48 ay müddətinə, lizinq mükafatı ödəmək şərti ilə tərəflər arasında müəyyənləşdirilmiş lizinq ödənişləri cədvəlinə uyğun olaraq, iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə ödənilməli olan 18.975 manat borcun 13.700 manatı əsas məbləğ təşkil etmişdir. 13 mart 2021-ci il tariXdə X2, Cavabdeh və «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti arasında MAS-1137 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi üzrə E.R.Məmmədovun bütün öhdəliklərini öz üzərinə götürmüşdür. O cümlədən lizinq obyekti olan “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq icra etməli olduğu müqavilə üzrə öhdəliklərini vaXtında və lazımi qaydada icra etməmiş və onun həmin müqavilə üzrə 04 noyabr 2022-ci il tariXə hesablanmış 2.607 manat 45 qəpik əsas, 542 manat 75 qəpik gecikdirilmiş mükafat, həmin günə hesablanmış 808 manat 84 qəpik dəbbə pulu, cəmi 3.959 manat 04 qəpik məbləğində borcu yaranmışdır. İddiaçı və cavabdeh arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bununla əlaqədar iddiaçının nümayəndəsi R.A.İsmayılov iddiaçı ilə X2 arasında bağlanmış 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2019-cu il tariXdə istehsal edilmiş, “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobilin iddiaçıya qaytarılması, həmin müqavilə üzrə 04 noyabr 2022-ci il tariXə hesablanmış əsas borc qismində 2.607 manat 45 qəpik, gecikdirilmiş mükafat qismində 542 manat 75 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 808 manat 84 qəpik, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 60 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının Xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını Xahiş etmişdir. İddiaçı «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi R.A.İsmayılov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baXılmasını və iddianın təmin olunmasını Xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaXtı və yeri haqqında lazımi qaydada Xəbərdar edilməsinə baXmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaXtı və yeri haqqında lazımi qaydada Xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baXmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsindən və ona 1 saylı Əlavədən görünür ki, «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti X2 ilə bağladığı 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsinə əsasən ümumi dəyəri 13.700 manat olan 2019-cu il buraXılışlı 01 ədəd “Khazar Peugeot” markalı avtomaşını öz mülkiyyətinə əldə edərək, həmin avtomobili cavabdeh E.R.Məmmədovun müvəqqəti sahiblik və istifədəsinə vermişdir. E.R.Məmmədov isə öz növbəsində illik 13.700 manat məbləğində pul vəsatini və həmin vəsaitə illik 17 faiz dərəcəsi ilə hesablanan mükafat məbləğini, 48 ay müddətinə, müəyyənləşdirilmiş qrafik üzrə hissə-hissə, «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinə ödəməyi öhdəsinə götürmüşdür. Mülki işdə olan 03 avqust 2019-cu il tariXli təhvil-təslim protokolundan görünür ki, 2019-cu ildə istehsal edilmiş “Khazar Peugeot” markalı minik avtomobili X1 təhvil verilmişdir. Mülki iş materiallarında olan 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsinə 2 saylı Əlavə olan lizinq ödənişləri qrafikindən görünür ki, E.R.Məmmədov lizinq ödənişi qismində 03 avqust 2023-cü il tariXədək cəmi 18.975 manat məbləğində pul vəsaitini «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinə hissə-hissə ödəməli idi. İşdə olan «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti, X2 və Cavabdeh arasında bağlanmış 13 mart 2021-ci il tariXli, MAS-1137 saylı öhdəliklərin ötürülməsi haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən öhdəlikləri ötürən E.R.Məmmədov “Azərmaş” məhdud məsuliyyətli cəmiyyəti ilə 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi üzrə öhdəliklərini öhdəlikləri qəbul edən Cavabdeh köçürür. Öhdəlikləri qəbul edən isə bu öhdəlikləri öhdəlikləri ötürənə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada “Azərmaş” məhdud məsuliyyətli cəmiyyəti qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Mülki iş materiallarında olan 13 mart 2021-ci il tariXli təhvil-təslim protokolundan görünür ki, 2019-cu ildə istehsal edilmiş “Khazar Peugeot” markalı minik avtomobili Cavabdeh təhvil verilmişdir. İşdə olan «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 30 sentyabr 2022-ci il tariXli, 3016 nömrəli Xəbərdarlıqdan (pretenziya məktubundan) görünür ki, Cavabdeh 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaXtında və lazımi qaydada icra etmədiyinə görə «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinə 2.899 manat 07 qəpik məbləğində borcu yaranmışdır, o cümlədən, öhdəlikləri vaXtında yerinə yetirmədiyi hər gecikdirilmiş gün üçün ümumi lizinq məbləğinin 0.3 faizi miqdarında dəbbə pulu hesablanacaqdır. İş materiallarında olan «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi üzrə 04 noyabr 2022-ci il tariXə ödənişin gecikdirilməsinə görə iddiaçıya olan borcu əsas borc qismində 2.607 manat 45 qəpik, gecikdirilmiş mükafat qismində 542 manat 75 qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış borc qismində 808 manat 84 qəpik, cəmi 3.959 manat 04 qəpik təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan Xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəXs (borclu) başqa şəXsin (kreditorun) Xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, Xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaXt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daXil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaXtında icra edilməməsi, mallarda, işlərdə və Xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daXil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə görə lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə Xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaXtından əvvəl ləğv etmək hüququ vardır: Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin Xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.4-ci maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaXtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdə olan 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsinin 7.2-ci bəndinə görə lizinq alan ödəniş cədvəlində göstərilmiş tariXdə ödənişi həyata keçirməzsə, lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,3 % məbləğində dəbbə pulu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq hesab edir ki, Cavabdeh lizinq predmeti olan avtomobilin geri tələb edilməsi və illik 17 faiz tarifi ilə mükafat hesablaması ilə yanaşı gecikdirilmiş borca görə gündəlik 0,3 faiz dərəcəsi ilə hesablanmış 808 manat 84 qəpik məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğ təşkil edir və cavabdehdən dəbbə pulu qismində cəmi 80 manat məbləğində pul vəsaiti tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi üzrə öhdəliklərini vaXtında və lazımınca icra etmədiyinə görə daXili lizinq müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2019-cu il tariXdə istehsal edilmiş, “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobilin iddiaçıya qaytarılmalı, həmin müqavilə üzrə 04 noyabr 2022-ci il tariXə hesablanmış əsas borc qismində 2.607 manat 45 qəpik, gecikdirilmiş mükafat qismində 542 manat 75 qəpik, ödənişin gecikdirilməsinə görə gündəlik 0,3% dərəcəsi ilə hesablanmış dəbbə pulu qismində 80 manat, cəmi 3.230 manat 20 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının Xeyrinə tutulmalıdır. Habelə Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə Xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəXslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə Xərcləri dövlət rüsumundan və işə baXılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə Xərclənmiş vəsaitin 10 manat məbləğində hissəsi iddiaçıya aid edilməli, qalan vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının Xeyrinə tutulmalıdır. YuXarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qismən təmin edilsin. «Azərmaş» məhdud məsuliyyətli cəmiyyəti ilə X2 arasında bağlanmış 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi ləğv edilsin. 03 avqust 2019-cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi üzrə lizinq obyekti olan 2019-cu il tariXdə istehsal edilmiş, “Khazar Peugeot” markalı, **-PH-*** qeydiyyat nişanlı, “NVAAD1HFKH180266” ban nömrəli avtomobil «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinə qaytarılsın. Cavabdeh «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin Xeyrinə 03 avqust 2019cu il tariXli, MAS-1137 saylı daXili lizinq müqaviləsi üzrə lizinq ödənişlərinə görə həmin müqavilə üzrə 04 noyabr 2022-ci il tariXə hesablanmış əsas borc qismində 2.607 (iki min altı yüz yeddi) manat 45 (qırX beş) qəpik, gecikdirilmiş mükafat qismində 542 (beş yüz qırX iki) manat 75 (yetmiş beş) qəpik, ödənişin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu qismində 80 (səksən) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi bir hissəsinin qismində 50 (əlli) manat, cəmi 3.280 (üç min iki yüz səksən) manat 20 (iyirmi) qəpik manat məbləğində pul vəsaiti tutulsun. «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinin iddiası qalan hissədə rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №2(022)-140/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-140/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver